Güclü küləklərdə avtomobilinizi saxlamaq üçün yerlər

“Güclü küləklərdə avtomobilinizi çox səviyyəli dayanacaqda tərk etmək yaxşıdır”.

Viral.az xəbər verir ki, avtomobil eksperti Dmitri Laskov NEWS.ru-ya müsahibəsində pis hava şəraitində park etmək üçün ən təhlükəsiz yerləri açıqlayıb.

Mütəxəssis eyni zamanda yeraltı dayanacaqlardan qaçmağı məsləhət görüb.

Son Yazılar:

“Güclü yağış zamanı onlar su basa bilər. Ən vacib qayda avtomobilləri ağacların yanında qoymamaq və mümkün qədər onlardan uzaq yer seçməkdir. Əgər qasırğa olarsa, o zaman istənilən ağac, hətta ən qalın ağac da yıxıla bilər. Ona görə də maşının yanında ağac olmasa daha yaxşı olar”, – deyə Laskov qeyd edib.

(redaktor.az)