Rusiyalı iş adamları Ukraynada axtarışa VERİLDİ

Rusiyalı iş adamları Arkadi və İqor Rotenberq Ukraynada axtarışa verilib.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Onlar “ibtidai istintaq orqanlarından gizlənən” şəxslər kateqoriyasına salınıblar. Ukrayna Cinayət Məcəlləsinin üç eyni maddəsi ilə ittiham irəli sürülüb. O cümlədən, onlar Ukrayna Cinayət Məcəlləsinin 110-2-ci maddəsinin 4-cü hissəsi (dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətləri maliyyələşdirmə, Ukrayna ərazisinin və ya dövlət sərhədinin sərhədlərini dəyişdirmə) ilə ittiham olunurlar.

Son Yazılar:

(redaktor.az)