Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000-i ötüb, əksər zəvvar Məkkə şəhərində ekstremal isti hava şəraiti səbəbindən həyatını itirib.
Viral.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, Həcc ziyarətində vəfat edənlər ziyarətə qeyri-qanuni gələnlərdir:
“Biz Həcc ziyarətinə göndərdiyimiz zəvvarların təyyarə, yemək, su, nəqliyyat, kondisioner və digər xərclərini həll edirik. Qeyri-qanuni gələnlər isə hara getsələr, piyada gəzməli olurlar, gün vurur, ac-susuz qalırlar və belə hallar yaşanır. Eyni zamanda, qeyd edim ki, bu il havanın temperaturu daha da istidir. Ziyarət zamanı hər il temperatur 42-43 dərəcə olurdusa, bu il 48 dərəcə müşahidə olunur. Günəşdə temperatur 50 dərəcəyə çatır. Bizim zəvvarların bütün ehtiyacları qarşılanır. Qeyd edim ki, bizim zəvvarların vəziyyəti yaxşıdır”.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb