Ermənistan millisinin futbolçusu Nair Tiknizyan Sankt-Peterburqun “Zenit” inə keçməkdən imtina edib.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, danışıqlar son mərhələdə olsa da, klub müqavilənin şərtləri ilə bağlı futbolçu ilə razılaşa bilməyib. Tiknizyan tərəfi danışıqlardan çəkilmək qərarına gəlib.
Qeyd edək ki, ötən mövsüm Tiknizyan 30 matçda iştirak edib, bu oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə verib. 25 yaşlı futbolçunun dəyəri 6,5 milyon avrodur.
Son Yazılar:
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
(redaktor.az)