-->

ABŞ dövlət katibi İlham Əliyevi və Paşinyanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət etdi

1718947599 c8c8c3c4 1abf 3e50 9a7d 5e1ee5678dfe 850

ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

 

Viral.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Son Yazılar:

 

A.Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.