Tacikistanda qəribə geyim QADAĞASI

Tacikistan prezidenti Emoməli Rəhmon 35 qanun imzalayıb.

 

Viral.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Son Yazılar:

 

Onların arasında “Mərasimlərin tənzimlənməsi haqqında” qanun da var ki, bu, digər qanunlarla yanaşı, ölkədə “yad geyim” geyinməyi qadağan edir. Prezident həmçinin “israfçılığı” və “idqardak” adətini qadağan edən qanunları da imzalayıb.

 

Qadağan edilmiş “idqardak” Qurban bayramı, Fitr bayramı və Novruz bayramı ilə bağlı adətdir. Bu zaman uşaqlar gözəl paltarlar geyinir və böyük çantalarla evləri dolaşır, müxtəlif nemətlər diləyirlər.

 

“Asia-Plus” xəbər verir ki, qanun Tacikistanda hicaba görə cərimələr və qadınların hicab geyinməsi tələbləri ilə bağlı xəbərlər fonunda qəbul edilib. Qanuna əməl edilməməsi cərimə ilə nəticələnəcək. Lakin qanunun özündə hansı geyimin “yad geyim” sayılacağı göstərilməyib.

 

Tacikistan prezidentinin mətbuat xidməti aydınlaşdırıb ki, qanunlar “dədə-baba dəyərlərini və milli mədəniyyəti qorumaq”, mövhumatların və xurafatların, həmçinin bayramların qeyd edilməsində “həddini aşmaq və israfçılığın” qarşısını almaq məqsədi ilə qəbul edilib.

 

Mart ayında Rəhmon artıq hicab taxmağın əleyhinə çıxış edərək bunu “yadların paltarı” adlandırmışdı.

 

“Dilimizdə, hərəkətimizdə səthilik nümayiş etdiririksə, uzun don geyinib uzun saqqal saxlayırıqsa, hicab taxırıqsa, amma ürəyimiz pis, niyyətimiz pisdirsə, bu, riyadır”, – deyə o bildirib.