Rusiya səfiri Cənubi Koreya XİN-ə ÇAĞIRILIB

Rusiya səfiri Georgi Zinovyev Moskva ilə Pxenyan arasında strateji tərəfdaşlıq sazişinə görə Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Viral.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

Son Yazılar:

 

Cənubi Koreya Xarici İşlər Nazirliyi səfir Georgi Zinovyevə bildirib ki, Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır və bu, “regional vəziyyətə və Rusiya-Koreya münasibətlərinə mənfi təsir göstərir”.

 

İyunun 20-də Cənubi Koreya hökuməti KXDR və Rusiya arasında əldə olunan razılaşmaya görə Ukraynaya silah tədarükü ilə bağlı mövqeyinə yenidən baxacağını bəyan edib. Əvvəllər Seul öldürücü silahları Kiyevə verməkdən imtina edirdi. Milli təhlükəsizlik müşaviri Çan Ho-jin deyib: “Konkret tədbirlər daha sonra elan ediləcək və Rusiyanın necə reaksiya verəcəyini görmək maraqlı olacaq”.

 

Vladimir Putin iyunun 18-19-da KXDR-ə səfər edib. Bu, onun 2000-ci ildən sonra Şimali Koreyaya ilk səfəri idi. Rusiya və KXDR hərtərəfli strateji tərəfdaşlıq sazişi bağlayıblar ki, bu da digər məsələlərlə yanaşı, ölkələrdən birinə hücum zamanı hərbi yardımı nəzərdə tutur.