“Ukraynada müharibənin başa çatması Gürcüstanın Aİ və ABŞ ilə münasibətlərinin yaxşılaşmasına kömək edəcək”.
Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze deyib.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
“Əminəm ki, regional və qlobal vəziyyət sağlamlaşan kimi bu, Gürcüstanla Avropa İttifaqı, Gürcüstan və ABŞ arasında münasibətlərin yaxşılaşmasına birbaşa təsir göstərəcək. Biz həqiqətən ümid edirik ki, Ukraynada müharibə tezliklə başa çatacaq”, – Kobaxidze bildirib.
Bununla belə, o, Ukraynadakı müharibənin sonunu necə gördüyünü açıqlamayıb. Kobaxidzenin sözlərinə görə. “Gürcü arzusu” hökuməti Aİ və ABŞ ilə münasibətləri “yenidən qurmağa” və “yaxşılaşdırmağa” hazırdır və Brüssel və Vaşinqtondan “qarşılıqlı addımlar” gözləyir.
Dəyişiklik üçün Kobaxidze bu dəfə Qərb tərəfdaşları ilə münasibətlərdəki böhrana görə mücərrəd “qlobal müharibə partiyası”nı deyil, iki konkret diplomatı günahlandırıb.
Onun fikrincə, ABŞ-ın keçmiş səfiri Kelli Deqnan və Aİ-nin keçmiş səfiri Karl Hartzelin günahı ucbatından Gürcüstanın Qərblə münasibətlərində “çox şey korlanıb”.