Seçkilərin vaxtının dəyişdirilməsi barədə təşəbbüsü dəstəkləməliyik

“Azərbaycan son illərdə öz tarixinin ən möhtəşəm dövrlərindən birini yaşayır. 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərinin nəticələri xalqımızın tarixində yeni bir səhifə açmışdır. Dövlətimizin artan gücü vəbeynəlxalq aləmdə yükəsələn nüfuzu bizə olan etimadın daha da dərinləşməsinə səbəb olub. 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi barədə ötən ilin dekabrında qəbul edilmiş qərar məhz Azərbaycana beynəlxalq ictimaiyyətin yüksək etimadının daha bir göstəricisi idi. Respublikamız bu ilin noyabrında COP29-la yanaşı Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərə də ev sahibliyi edəcək. Qlobal problemlərin müzakirə olunacağı bu mötəbər tədbirlər hazırlıq kifayət qədər vaxt və enerji tələb edir”.

 

Son Yazılar:

Viral.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Soltan Məmmədov bildirib.

 

“Təbii ki, bir çox yüksək səviyyəli beynəlxalq forumları, idman yarışlarını və digər tədbirləri ən yaxşı şəkildə təşkil etmək təcrübəsinə malik olan ölkəmizin bu dəfə də üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirəcəyi şübhəsizdir. Bununla yanaşı, onu da nəzərə almalıyıq ki, belə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərlə eyni vaxtda seçki kampaniyasının təşkili kifayət qədər çətin prosesdir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaşmanın ifadəsidir. 

Seçkilərin vaxtının irəli çəkilməsi COP29-un təşkili ilə bağlı bütün məsələlərin uğurla həll edilməsinə imkan verəcək, eyni zamanda, belə bir yüksək səviyyəli tədbir zamanı parlamentin tam gücü ilə fəaliyyət göstərməsinə şərait yaradacaq. Bildiyinzi kimi, COP29 sessiyası çərçivəsində Parlament Konfransının təşkili nəzərədə tutulur. Bu barədə Milli Məclislə Parlamentlərarası İttifaqarasında Anlaşma Memorandumu imzalanıb. Parlament iclası COP29-un ən mühümtədbirlərindən biridir və bu iclasa hazırlıq üçünMilli Məclisdə deputatlardan ibarət işçi qruplarıyaradılmalıdır. Bundan başqa, Parlament konfransının yekun sənədinin hazırlanması da uzun və çətin bir prosesdir. Ona görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikası Konstitusiyasının 98.1. maddəsinin II hissəsinə əsasən Milli Məclisənövbəti seçkilərin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərədə tutulur. Parlament seçkiləri ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisələrdən biridir. Belə bir əhəmiyyətli məsələyə hazırlıq isə olduqca ciddi yanaşma, gərgin iş və zaman tələb edir. Bu baxımdan, ikiböyük miqyaslı və mühüm prosesin eyni vaxtatəsadüf etməsi həm dövlət orqanlarının səmərəlifəaliyyətinə, həm də cəmiyyətin normal həyatına müəyyən təsir göstərə bilər. Düşünürəm ki, bütün bunları nəzərə alaraq biz seçkilərin vaxtının dəyişdirilməsi barədə təşəbbüsü dəstəkləməliyik. 
Milli Məclisin buraxılacağı və növbədənkənarseçkilərin keçiriləcəyi təqdirdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdəkeçirilən səsvermə zamanı seçiləcəklər. Müstəqillik tariximizdə ilk dəfə bütün ölkəərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkilərindən sonra bu Azərbaycan tarixinin dahabir mühüm siyasi hadisəsi olacaq.

Azərbaycan parlamentinin üzvləri hər zaman dövlətin maraqlarını üstün tutub. Ötən beş il ərzində parlamentin fəaliyyəti, ölkəmizin millimaraqlarının qorumaq üçün millət vəkillərinin göstərdiyi yüksək fəallıq bunu təsdiq edir. Ona görə də hesab edirəm ki, dəyərli həmkarlarım Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsünü dəstəkləyəcəklər”,- deyə o bildirib.