Bərdədə 4 kiloqrama yaxın marixuana aşkarlanıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Viral.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb. Onun üzərindən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə həmin şəxsin evinə də baxış keçirilib və oradan 4 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Son Yazılar:
- Netanyahu ABŞ-a səfərini təxirə saldı
- 24 sığorta agenti barədə QƏRAR
- 30 il sonra nəşi tapılan şəhidimiz dəfn edildi
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.