Mina təhlükəsi ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək vacibdir.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşımda qeyd olunub.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatına son qoymağa davam edir! Dünən və bu gün ANAMA-nın bir əməkdaşı Ermənistan tərəfindən yerləşdirilən minaların partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib.
Bu ölümcül təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək insan həyatının qorunması naminə həmişəkindən daha vacibdir”, paylaşımda vurğulanıb.