Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli də yaxın iki ayda gözlənilən növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyi düşünür.
Viral.az-ın məlumatına görə, bu barədə onun özü bildirib:
“Təbii ki, REAL Partiyası, şəxsən mən seçkilərdə aktiv iştirak edəcəyik, mənim 3 dəfə namizəd olduğum 12 saylı dairə kökündən dəyişdirilib, demək olar ki, ləğv edilib, başqa dairələr arasında bölünüb. Ona görə də, bu seçkilərdə bir neçə dairədən namizəd olmaq haqqında düşündüm, bəzi dairə ərazilərdində REAL Gənclər Birliyi sorğular da keçirdi – hələlik namizədlik üçün ən uyğun dairə 33 saylı Xətai birinci seçki dairəsi görünür. Bu dairənin 4 ildən çoxdur ki, deputatı yoxdur, kifayət qədər sayda müxalif və azad düşüncəli insanların yaşadığı dairədir. Ona görə də, ilkin araşdırmalardan sonra komanda olaraq, hələlik məhz bu dairənin üzərində dayanmışıq, amma araşdırmalarımız, sorğularımız hələ davam edir”.
Son Yazılar:
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
- Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş ETDİ
Xatırladaq ki, 2020-ci il parlament seçkilərində 33 saylı Xətai Birinci Seçki dairəsindən daxil olan şikayətlərə əsasında orada nəticələr ləğv olunmuşdu. Daha öncə həmin dairədə YAP-ın namizədi Hüseynbala Mirələmov lider namizəd elan edilmişdi.