-->

ABŞ səfirliyi həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib

1718967457 66755aacc52eb66755aacc52ec171896695666755aacc52e966755aacc52ea

“Bu gün mina partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk”.

Viral.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi öz feysbuk səhifəsində paylaşım edib.

“Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir”, – paylaşımda bildirilib.

Son Yazılar:

Xatırladaq ki, bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib.