Müğənni Qumral Musayeva qonaq olduğu “Xəbərin var?” verilişində maraqlı çıxışı ilə diqqət çəkib.
Viral.az lent.az-a istinadən xəbər verir ki, o kabinetlərdə oxuması barədə növbəti qalmaqallı açıqlama verib. Qumral bildirib ki, iş adamlarının kabinetlərdə keçirdiyi məclislərdə Xalq artisti olan sənətçilər də çıxış edir
“O gün bir xanım ifaçının yanında kabinetdə ifa etməyin adını çəkdim, təəccübləndi və dedi ki, mənim oğlum var, kabinetlərdəki məclislərə getmərəm, mən toy müğənnisiyəm. Kabinet nədir? Hər cür kabinet var, ora depozit ödəyərək gedirlər, qiyməti də çox bahadır. Hər adam kabinetlərdə oturmur. Bunları başa düşmürəm, axı biz gedib kabinetlərdə nə edirik ki? Mahnı oxuyuruq da. Təəccüblə qarşılayırlar.
Son Yazılar:
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
- İlham Əliyev bu qanunlara dəyişiklik etdi
- Prezidentdən nazirlə bağlı SƏRƏNCAM
Hər adam kabinetlərdə yeyib-içə bilmir. Axı bizdə sevirlər yozub, bəzəsinlər. Biz hamımız hər gün bəlli restoranların kabinetlərində çıxış edirik. Elə “Xalq artisti” fəxri adını daşıyan müğənnilər, sənətkarlar var idi ki, onlar gəlib kabinetlərdə mahnılar oxuyurdular. Mən onları elə kabinetlərdə görmüşəm.
Həmin xanım ifaçı deyir ki, müğənni kabinetlərdə yox, toylarda, banket zallarında oxuyar. Ona başa salıb deyirəm ki, xeyr, bu, banket zalı deyil, elə kabinetdir. O xanım ifaçı aşıqdır”, – o bildirib.