-->

Bu məktəb və mərkəzlərə şagird qəbulu üzrə imtahanlar başladı

1718969775 66755a088dc6166755a088dc62171896679266755a088dc5f66755a088dc60

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin növbəti imtahan mərhələsi başlanıb.

 

Bu barədə Viral.az-a Mədəniyyət Nazirliyindən xəbər verilib.

Son Yazılar:

 

Bildirilib ki, bu il vətəndaşların rahatlığı üçün ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. 20-30 iyun tarixlərini əhatə edən imtahan mərhələsi paytaxtımız üzrə Bakı Xoreoqrafiya Akademiyasında təşkil olunur. İyunun 20-dən başlayaraq ilk dəfə vahid elektron qəbul sistemi ilə qeydiyyatdan keçmiş namizədlər əyani şəkildə reallaşan qəbul imtahanlarında iştirak edirlər. Bu mərhələdə ümumilikdə 16 mindən çox namizəd bilik və qabiliyyətini nümayiş etdirəcək. Onlardan 4 mindən çoxu Bakı şəhərinin payına düşür.

Qeyd edilib ki, imtahanın nəticəsi barədə bütün imtahanlar yekunlaşdıqdan sonra 3 (üç) iş günü ərzində şəxsi kabinet, elektron poçt və ya SMS məlumatlandırma xidməti vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək.