“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin məhkəmə araşdırması başa çatıb.
Viral.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə prokuror çıxış edib.
Prokuror elan edib ki, keçirilmiş ekspertiza rəyləri ilə Ə.Qalabəylinin cinayəti anlaqsız vəziyyətdə törətdiyi və hadisədən sonra onda psixi pozuntu yarandığı təsdiq edilib.
Son Yazılar:
- Kursk üzərində Ukrayna raketi VURULDU
- Bu həftə məşhurlaşacaq BÜRCLƏR
- Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin ETDİ
Bu səbəbdən xanım müttəhim cəzadan azad edilməli, barəsində məcburi tibbi xarakterli tədbirlərin görülməsi üçün ixtisaslaşmış psixatriya stiasionarında müalicə tətbiq edilməlidir.
Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra qərarı elan edib.
Qərara əsasən, Ə.Qalabəyli cinayəti anlaqsız vəziyyətdə törətdiyindən və hazırda psixi problemləri olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilib.
Qərar qanuni qüvvəyə mindikdən sonra müttəhim barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq ediləcək.
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb. Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçi olub. O, ölümünə qədər “Sərhədçi” idman kompleksində çalışırmış. // qafqazinfo