Türkiyədə İYİ Partiyanın qurucularından olan və təşkilatın formalaşmasında mühüm rol oynayan Koray Aydının partiyadan istefa verməyə hazırlaşdığı barədə məlumatlar yayılıb.
Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurultaydan sonra partiyasının toparlanma prosesinə girmədiyini düşünən Aydın bayramda bir çox partiya üzvü ilə fikirlərini bölüşüb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Bildirilir ki, Meral Akşenerin rəhbərliyi ilə qurulan İYİ Partiyanın təşkilat şöbəsinin rəhbəri vəzifəsini icra edən və partiyanın təşkilatlanmasında mühüm rol oynayan Koray Aydın qurumdan ayrılmaq qərarına gəlib. Qurban bayramında partiyanın keçmiş və indiki vilayət və rayon sədrləri, keçmiş və indiki millət vəkilləri və partiyanın önəmli adları ilə görüşən Aydın bu görüşlərdə istefa qərarını dəyərləndirib.
Əldə edilən məlumata görə, Aydın partiya bazasının çıxılmaz vəziyyətdə olduğunu, indiki şəraitdə onun və yaxın adamlarının aktiv siyasətlə məşğul olmasının çətin olduğunu bildirib. O, Akşenerin prezident Ərdoğanla görüşünün narahatlıq yaratdığını və açıqlamalarına görə hazırkı rəhbərlikdən kifayət qədər dəstək ala bilmədiyini bildirib.
Aydının yaxın ətrafı qərarın onlarla hələ paylaşılmadığını, lakin gözləntinin onun istefaya getməsi olduğunu bildirir. Aydının istefa verdikdən sonra yeni partiya yaratmayacağı və müstəqil deputat kimi iqtidara qarşı daha fəal siyasət aparacağı bildirilir.
Koray Aydının İYİ Partiyadan ayrılacağı təqdirdə partiyada çoxlu istefaların ola biləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Aydın Milliyyətçi Hərəkat Partiyasında (MHP) olduğu dönəmdən bu çevrələrdə məşhur siyasətçilərdən biridir və funksionerlərdəndir. O, İYİ Partiyanın qurulması mərhələsində iştirak edib, Akşenerin partiya sədrliyindən istefasından sonra keçirilən qurultayda namizəd olub.
Aydın Akşenerin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla detalları ictimaiyyətə açıqlanmayan görüşünü sərt tənqid etmişdi.