İtaliyalı futbolçu və “Qızıl top”un sahibi Roberto Baggionun villasında dəhşətli soyğunçuluq baş verib.
Viral.az bildirir ki, ötən gün yerli vaxtla saat 22:00 radələrində məşhur futbolçu ailəsi ilə matça baxarkən villasına bütöv bir quldur dəstəsi soxulub. Roberto Baggionun başına tapançanın qundağı ilə zərbə endirilib. Cinayət əvvəlcədən planlaşdırılıb və quldurlar bu vaxtı təsadüfən seçməyiblər.
Hücum zamanı villanın siqnalizasiya və təhlükəsizlik sistemləri işləməyib. 57 yaşlı idmançının ailəsi evdə televizor qarşısında olub. Onlar 2024-cü il Avropa çempionatında İspaniya – İtaliya matçına baxıblar.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
İstiyə görə bəzi qapı-pəncərələr açıq olub. Müstəntiqlər zorla içəri girmə əlamətləri aşkar etməsələr də, quldurların xarici olduğunu öyrəniblər. Cinayətkarlar çox güman ki, hasarın üstündən keçiblər.
Quldurlar villaya girəndə Baggio onlardan birini saxlamağa çalışıb. Qısa əlbəyaxadan sonra hücumçu tapançanın qundağı ilə futbolçunun alnına zərbə endirib. Baggionun yarası dərin olub, ailəsi ilə birlikdə qapalı otaqda qalıb.
Soyğunçular hər otağı qarət edərək, saatları, qızıl-zinət əşyalarını və pulları götürüblər. 40 dəqiqə sonra dəstənin qaçdığını bilən futbolçu qapını sındıraraq polisə müraciət edib.
Baggio təcili tibbi yardımla xəstəxanaya aparılıb, alnına bir neçə tikiş atılıb. Qeyd edək ki, Baggio 34 ildir Andreina Fabbi ilə evlidir. Cütlüyün üç övladı (34 yaşlı Valentina, 30 yaşlı Mattia və 19 yaşlı Leonardo) var.
“Ailəm və mən hər kəsə səmimi olaraq təşəkkür edirəm. Bu şəraitdə hər şey ola bilər və xoşbəxtlikdən yaşadığım hadisə yalnız bir neçə tikiş, qançırlar və sadəcə qorxu ilə qurtardı. İndi qalan qorxuya qalib gəlmək vaxtıdır”- deyə çempion bildirib. // sfera.az