Nəsiman Yaqublu Niderlandda Respublika Günü tədbirində

Nəsiman Yaqublu Niderlandda 28 May və “M.Ə.Rəsulzadə-140” tədbirlərində iştirak edib.

Viral.az xəbər verir ki, Niderlandın Haaqa şəhərində  “Ana Vətən” Avropa Azərbaycanlı  Qadınlar Cəmiyyətinin təşkilatçılığı və Dövlət Diaspora Komitəsinin  dəstəyi  ilə Azərbaycan Cümhuriyyətinin 106-cı ildönümü və M.Ə.Rəsulzadənim 140 illiyi münasibəti ilə böyük tədbir keçirilib.Tədbiri Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva açmışdır.Sonra Tarix elmləri doktoru,professor Nəsiman Yaqublu geniş elmi məruzə ilə çıxış etmişdir.N.Yaqublu çıxışının sonunda Niderlandda yaşayan azərbaycanlılara yeni nəşr edilmiş M.Ə.Rəsulzadə haqqında olan kitabını hədiyyə etmişdir.100-dən çox insanın iştirak etdiyi tədbirdə Respublikanın Əməkdar artistləri Firuz  Məmmədov və Xəyyam Məmmədovun iştirakı ilə maraqlı konsert proqramı olub.