Fransa millisinin futbolçusu Mbappe AVRO-2024-də qara qoruyucu maska taxaraq çıxış edəcək.
Viral.az xəbər verir ki, o, maskanın şəklini “İnstaqram” səhifəsində yerləşdirib.
Futbolçunun AVRO-2024-ün 1-ci turunun Avstriya ilə oyununda burnu sınıb. Əvvəlcə fransalı milli bayrağın rənglərində maskada oynamaq istəsə də, reqlamentə görə bu, bir rəng olmalıdır.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
İlk turda Fransa Avstriyaya 1:0 hesabı ilə qalib gəlib. 25 yaşlı hücumçu 85-ci dəqiqədə üzünü avstriyalı müdafiəçinin çiyninə çırpıb və burnundan zədə alıb, bundan sonra onu Olivye Jiru əvəzləyib. Əvvəlcə mətbuatda Mbappenin burnunun qırıldığı və zədə səbəbindən təcili əməliyyata ehtiyac olacağı barədə məlumatlar yayılsa da, sonradan əməliyyatla bağlı məlumat Fransa Futbol Federasiyası tərəfindən təkzib edilib.
Fransa qrup mərhələsinin ikinci turunun matçını Niderlanda qarşı keçirəcək. Qarşılaşma iyunun 21-i Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Fransızlar üçüncü oyunu iyunun 25-də polşalı futbolçulara qarşı keçirəcək, start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.
(redaktor.az)