Yəmənin Ənsar Allah hərəkatı (husilər) öz istehsalı olan ilk pilotsuz qayıq olan Tufan-1-i nümayiş etdirib.
Viral.az xəbər verir ki, görüntüləri X sosial şəbəkəsində hərəkatın Siyasi Bürosunun üzvü Nəsrəddin Amer nümayiş etdirib.
“Press24Net” portalı iddia edir ki, gəmi 150 kiloqram partlayıcı ilə silahlanıb və sürəti, yüksək manevr qabiliyyəti və gizliliyi ilə seçilir. Göstərilən videoya əsasən, qayığı həm bortdan, həm də uzaqdan idarə etmək olar. Husilər hərəkət sistemi olaraq Yaponiyanın Yamaha mühərrikini seçiblər.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Belə bir qayıq tərəfindən ən azı bir gəminin artıq batırıldığı iddia edilir. Bu gəmi Rusiyanın Ust-Luqa limanını tərk edən Liberiya bayrağı altında üzən “Tutor” yük gəmisi olub.
(redaktor.az)