-->
ABŞ "Green Card" müraciətlərini DAYANDIRDI

ABŞ “Green Card” müraciətlərini DAYANDIRDI

ABŞ miqrantların daha hərtərəfli yoxlanılması çərçivəsində qaçqınlar da daxil olmaqla bəzi kateqoriyalar üçün yeni “Green Card” (Yaşıl kart) müraciətlərinə baxılmasını dayandırıb. Viral.az teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Xəbərdə deyilir ki, bu qərar ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri tərəfindən Prezident Donald Trampın göstərişi ilə verilib. Açıqlamada qeyd olunur…

Ətraflı
Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin ilginc TƏFƏRRÜATI

Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin ilginc TƏFƏRRÜATI

Qaydasız döyüş növü (MMA) üzrə məşqçi Orxan Hacıyevin qətlinin ilginc təfərrüatı üzə çıxıb. Viral.az musavat.com-a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Orxan Hacıyev qan davasının qurbanı olub. Orxan Hacıyevi kriminal aləmdə “Ruslan Şamaxılı” kimi tanınan Ruslan Surxayevin qardaşı Amil Surxayev odlu silahdan açdığı atəşlə qətlə yetirib. Bu cinayət 2020-ci ildə Şamaxı rayonunda, “Yeddi günbəz”…

Ətraflı
Liviya rəhbəri İlham Əliyevə təbrik məktubu GÖNDƏRDİ

Liviya rəhbəri İlham Əliyevə təbrik məktubu GÖNDƏRDİ

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Prezident İlham Əliyevi təbrik edib. Viral.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram. Bayramınız mübarək!”

Ətraflı
Azərbaycanlı kişiyə ərə getdi, nikahın saxta olduğu üzə ÇIXDI

Azərbaycanlı kişiyə ərə getdi, nikahın saxta olduğu üzə ÇIXDI

Salehard şəhər (Yamal-Nenets Muxtar Dairəsi) sakini iş tapmaq üçün azərbaycanlıya ərə gedib, lakin məhkəmə onların nikahını etibarsız hesab edib.  Viral.az xarici mediaya istinadla bildirir ki, bu barədə şəhər prokurorluğundan məlumat verilib. “Müəyyən edilib ki, 2024-cü ilin əvvəlində Azərbaycan vətəndaşı Salehard rayon sakininə işlə təmin olunmaq məqsədilə ona qondarma nikah bağlamaq təklifi edib. Qadın bu təkliflə…

Ətraflı
Sarayda qadın meyiti TAPILDI

Sarayda qadın meyiti TAPILDI

Abşeron rayonunda 64 yaşlı qadının meyiti tapılıb. Viral.az “Report”a istinadla verir ki, hadisə Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən fərdi evlərin birində qeydə alınıb. 1961-ci il təvəllüdlü Validə Əbülfəz qızı Məstiyevanın meyiti yaşadığı evdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq

Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq

“Naxçıvandan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcəyini nəzərdə tutan Türkiyəni Azərbaycanla birləşdirəcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi artıq icra mərhələsindədir”. Viral.az xəbər verir ki, bunu “Report”a açıqlamasında layihə rəhbəri Osman Beserek bildirib. Onun sözlərinə görə, gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılan bu marşrut, Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük…

Ətraflı
Paşinyanla Marko Rubio arasında telefon danışığı baş TUTDU

Paşinyanla Marko Rubio arasında telefon danışığı baş TUTDU

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-nin dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Viral.az xəbər verir ki, tərəflər Ermənistan – ABŞ strateji tərəfdaşlığına dair məsələlər, eləcə də regional gündəm ətrafında fikir mübadiləsi aparıblar. Ermənistanın hökumət başçısı ABŞ-ın dövlət katibini “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında” razılaşmanın layihəsinin razılaşdırıldığı danışıqlar prosesi…

Ətraflı
MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı VERDİ

MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı VERDİ

Martın 24-də Rusiya Federasiyasının media subyektlərinin əməkdaşları – “İzvestiya” qəzetinin hərbi müxbiri Аleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun sürücüsü Аleksandr Sirkeli həlak olub, “Zvezda” telekanalının müxbiri Nikita Qoldin isə ağır yaralanıb. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Rusiya Federasiyasının media nümayəndələrinin həlakı ilə əlaqədar başsağlığı verib. Viral.az xəbər verir ki, başsağlığı mətnində…

Ətraflı
Paşinyan Araqçini qəbul ETDİ

Paşinyan Araqçini qəbul ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Araqçini qəbul edib. Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər. Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi Ermənistanda səfərdədir. Bundan əvvəl o, erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

Ətraflı
Daha bir tiktoker həbs EDİLDİ

Daha bir tiktoker həbs EDİLDİ

“TikTok” sosial şəbəkəsində “HQ” ləqəbi ilə tanınan Həqiqət Qəhrəmanova 10 sutkalıq inzibati həbs cəzası alıb. Viral.az-ın oxu.az-a istinadla məlumatına görə, tiktokerin həbsinə səbəb sosial şəbəkədə nalayiq ifadələr işlətməsi göstərilib. Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında məhkəmə qərarı ilə onun barəsində 10 günlük həbs tədbiri seçilib.

Ətraflı
Dünyada 50 milyon kölə var

Dünyada 50 milyon kölə var

Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır….

Ətraflı
Goranboyda sürücü maşını ağaca çırpdı

Goranboyda sürücü maşını ağaca çırpdı

Goranboyda sürücü maşını ağaca çırpdı. Viral.az teleqraf.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alpaut kəndində qeydə alınıb. Kənd sakini 32 yaşlı M.Cabbarov “Mercedes-Benz” markalı avtomobili, kənd ərazisində ağaca çırpıb. Nəticədə sürücü ağır xəsarət alıb. Yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
"Bakı Biznes Mərkəzi"nin direktoru işdən ÇIXDI

“Bakı Biznes Mərkəzi”nin direktoru işdən ÇIXDI

İqtisadiyyat Nazirliyinə məxsus “Bakı Biznes Mərkəzi” MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb. Viral.az xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub. Xatırladaq ki, “Bakı Biznes Mərkəzi” 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub (Report). 

Ətraflı
Xaçmazda oğurluq etməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Xaçmazda oğurluq etməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlamaqda təqsirləndirilir. Zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan dəyib. Faktla…

Ətraflı
Qripə yoluxanda orqanizmdə nə baş verir?

Qripə yoluxanda orqanizmdə nə baş verir?

Qrip və ya soyuqdəymə zamanı burunun axması bədənin müdafiə mexanizmlərindən biridir və əsas səbəbi orqanizmin infeksiya ilə mübarizə aparmasıdır. Qrip virusu və ya digər respirator infeksiyalar burun boşluğunun selikli qişasını qıcıqlandıraraq iltihabi reaksiyaya səbəb olur. Nəticədə, bədən müdafiə məqsədilə daha çox selik ifraz etməyə başlayır ki, virusları, bakteriyaları və digər yad maddələri burun boşluğundan çıxarsın….

Ətraflı
Bayram namazının vaxtı AÇIQLANDI

Bayram namazının vaxtı AÇIQLANDI

Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq. Viral.az xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. “Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı dəqiqləşdirə…

Ətraflı
Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifəsindən UZAQLAŞDIRILIB

Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifəsindən UZAQLAŞDIRILIB

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar. Viral.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Əkrəm İmamoğlu Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti tədbir olaraq…

Ətraflı