Atasının qətlinə görə 15 yaşlı oğlu saxlanıldı

Balakəndə atasını öldürməkdə şübhəli bilinən oğlu saxlanılıb.

Bu barədə Viral.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, dekabrın 23-də 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.