-->
Lənkəran komandası Azərbaycan çempionatından kənarlaşdırıldı

Lənkəran komandası Azərbaycan çempionatından kənarlaşdırıldı

AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən “Xan Lənkəran”ı yarışdan kənarlaşdırıb. Viral.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna komandanın heyətində “Şəfa” ilə qarşılaşmada yetərsayın olmaması səbəb olub. Bölgə təmsilçisinə texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığından “Xan Lənkəran” turnirdən uzaqlaşdırılıb.

Ətraflı
Fazil Talıbova ağır itki üz verdi

Fazil Talıbova ağır itki üz verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun atası Həbib Talıbov vəfat edib. Viral.az “bakupost”a istinadla xəbər verir ki, Həbib Talıbov 70 yaşında dünyasını dəyişib. O, bir ildən çox idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum Ramana kənd qəbiristanlığında dəfn olunacaq. Hüzr mərasimi martın 29-u, saat 17:00-dən başlayaraq Heydər Məscidində keçiriləcək. Allah…

Ətraflı
“Kiyev sülh sazişlərini pozmağa çalışır”

“Kiyev sülh sazişlərini pozmağa çalışır”

“Kiyev müvəqqəti atəşkəslə bağlı əldə olunan razılaşmalara baxmayaraq, Rusiyanın enerji obyektlərinə zərbələr endirməkdə davam edir”. Viral.az əbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.  O bildirib ki, Ukrayna hakimiyyəti sülh səylərini pozmağa və danışıqlar aparmaqda aciz olduqlarını nümayiş etdirməyə çalışır: “Kiyev sülh sazişlərini pozmağa…

Ətraflı
“Bu halda İsrail Qəzzanı ələ keçirəcək”

“Bu halda İsrail Qəzzanı ələ keçirəcək”

“HƏMAS girovları qaytarmasa, İsrail ordusu Qəzzanı ələ keçirəcək”. Viral.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. Baş nazir qeyd edib ki, israilli girovlar geri verilməsə, HƏMAS-a qarşı təzyiqlər güclənəcək. Qeyd edək ki, daha əvvəl İsrail Ordusu Qəzzada yenidən quru əməliyyatlara başladığını açıqlamışdı.

Ətraflı
Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu

Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu

Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu. Viral.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatında bildirib. “Xüsusilə, hökumətin hesabatlarının müzakirəsi zamanı söylədiklərimdən sonra, mövqeyimi birbaşa ifadə etməsəm, səmimi olmaram. O zaman qeyd etdim ki, Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib….

Ətraflı
İranda 15 mindən çox məhbus əfv EDİLDİ

İranda 15 mindən çox məhbus əfv EDİLDİ

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei 15 mindən çox iranlı məhbusun əfv edilməsinə, cəzasının yüngülləşdirilməsinə və cəzasının çəkilməyən hissəsinin azaldılmasına razılıq verib. Viral.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə martın 26-da İranın məhkəmə sisteminin başçısı Qulamrza Möhsüni-Ejei bildirib. Məlumata görə, Xamənei Ejeinin Ramazan bayramı ilə bağlı müraciətinə razılıq verib.

Ətraflı
Tovuzda qadın faciəvi şəkildə ÖLDÜ

Tovuzda qadın faciəvi şəkildə ÖLDÜ

Tovuzda dəm qazından zəhərlənmə olub. Viral.az APA-a istinadla xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü K.Əmrahova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz Rayon Prokrorluğunda araşdırma aparılır.

Ətraflı
“Hər şey çox gözəl olacaq” deyən də saxlanıldı

“Hər şey çox gözəl olacaq” deyən də saxlanıldı

2019-cu ildə seçki kampaniyası zamanı Əkrəm İmamoğluna “Hər şey çox gözəl olacaq, Əkrəm abi” deyə səslənməsi ilə tanınan Berkay Gezgin həbs edilib. Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı vəkil Cəmil Çiçək sosial media hesabında paylaşım edib. “Hər şey çox gözəl olacaq” sözünün memarı təəssüf ki, həbs olundu. 22 yaşlı gənc tutuldu. Onun…

Ətraflı
ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə ÇIXACAQ

ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə ÇIXACAQ

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin bir ay sonra vəzifəsini tərk edəcək.  Viral.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti xəbər yayıb. Bildirilib ki, buna səbəb onunla bağlı məhkəmə araşdırmasının başlanmasıdır. K.Kuinin yerinə Ermənistana daha neytral mövqeyə malik diplomatın göndəriləcəyi ehtimal edilir. Qeyd edək ki, bu təyinatadək o, ölkəsinin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.

Ətraflı
Türkiyənin vitse-prezidenti terrorçulara çağırış ETDİ

Türkiyənin vitse-prezidenti terrorçulara çağırış ETDİ

Terrorçular üçün ən optimal yol təslim olmaq və silahı yerə qoymaqdır. Viral.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz “Habertürk”ün efirində PKK-YPG terrorçularına çağırış edərkən deyib. C.Yılmaz bildirib ki, onlar toplantı keçirməli və müvafiq qərar qəbul etməlidirlər. O, konkret tarix açıqlamasa da, terrorçuların ən qısa zamanda özlərini ləğv etmələri barədə qərarın ən düzgün seçim…

Ətraflı
Şolts hökuməti rəsmi olaraq istefa VERDİ

Şolts hökuməti rəsmi olaraq istefa VERDİ

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer kansler Olaf Şolts və nazirlərə vəzifələrindən azad olunmaları barədə məktubları təqdim edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib.  Viral.az xəbər verir ki, tədbir Berlindəki “Bellevue” prezident sarayında baş tutub. Bununla belə, kansler və Almaniya hökumətinin üzvləri Ştaynmayerin tələbi ilə yeni kabinet formalaşana qədər öz vəzifələrini davam etdirəcəklər. Ştaynmayer çıxışında pandemiyanı, Ukraynadakı münaqişəni,…

Ətraflı
AK partiyanın rəsmisi qəzada  ÖLDÜ

AK partiyanın rəsmisi qəzada ÖLDÜ

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çonqar yol qəzasında ölüb. Viral.az xəbər verir ki, saat 00:30 radələrində Bolu istiqamətində hərəkətdə olarkən onun idarə etdiyi avtomobil arxadan yük maşınına çırpılıb. Qəzadan sonra hadisə yerinə yanğınsöndürən, təcili yardım və polis qrupları cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan Çonqar…

Ətraflı
Bu saytlarda təhlükəli viruslar aşkarlanıb

Bu saytlarda təhlükəli viruslar aşkarlanıb

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) faylların konvertasiyasını təklif edən internet saytlarında yeni zərərverici proqram təminatının yayıldığı barədə xəbərdarlıq edib. Viral.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb. Məlumata görə, FTB Denver bölməsinin mütəxəssisləri, kiber-dələduzların şəkil, video və sənədlərin konvertasiyası üçün nəzərdə tutulan saytlara viruslar yerləşdirdiyini aşkarlayıb. FTB ekspertləri qeyd edirlər ki, istifadəçilər çox…

Ətraflı
Metroda bu düyməni sıxmayın! - REAL GÖRÜNTÜLƏR

Metroda bu düyməni sıxmayın! – REAL GÖRÜNTÜLƏR

Bakı Metropoliteninin stansiyalarında bu ilin ilk 2 ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olub. Viral.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb. Bildirilib ki, bu kimi hadisələr metrodan istifadə edən vətəndaşların həyatı üçün təhlükə yarada bilər: “Sərnişinlərimizi bir daha eskalatorda olarkən daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağa çağırırıq!” Dayanma halları ilə bağlı…

Ətraflı
"Bakı Biznes Mərkəzi"nin direktoru işdən ÇIXDI

“Bakı Biznes Mərkəzi”nin direktoru işdən ÇIXDI

İqtisadiyyat Nazirliyinə məxsus “Bakı Biznes Mərkəzi” MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb. Viral.az xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub. Xatırladaq ki, “Bakı Biznes Mərkəzi” 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub (Report). 

Ətraflı
Şahrudin Məhəmmədəliyev millinin heyətindən ÇIXARILDI

Şahrudin Məhəmmədəliyev millinin heyətindən ÇIXARILDI

Şahrudin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb. Viral.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna qapıçının zədələnməsi səbəb olub. Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb. Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.

Ətraflı
İstanbulda silahlı hücumda Azərbaycan vətəndaşı YARALANDI

İstanbulda silahlı hücumda Azərbaycan vətəndaşı YARALANDI

İstanbulun Şişli bölgəsində restoranlardan birində silahlı insident baş verib. Viral.az xəbər verir ki, silahlı iki nəfər restoranda müştəri qismində olan 3 nəfərə atəş açıb.  Hadisə nəticəsində həmin üç nəfərdən ikisi ağır, biri isə yüngül xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların Erkan A. və Beyhan T. adlı Türkiyə, eləcə də Hüseyn M. adlı Azərbaycan vətəndaşı olduğu məlum…

Ətraflı