-->
photo 263427

Salyanda tərəvəz məhsullarının istehsalı artıb

Salyanda bu il 39 812,8 ton tərəvəz məhsulu istehsal edilib. Bu barədə “Report”un Aran bürosuna Salyan Rayon Statistika İdarəsindən bildirilib. Məlumata görə, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 532,0 ton və ya 1,4 % çoxdur. Qeyd edək ki, bu il rayon üzrə 1 785,6 hektar sahədə tərəvəz bitkiləri əkilib. Hazırda tərəvəz bitkilərinin yığımı…

Ətraflı
photo 263402

Həbsdə ölən icra başçısının müavini azadlığa BURAXILDI

Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov vaxtından tez azadlığa buraxılıb. Viral.az xəbər verir ki, Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib. Hakim məhkumun 6 illik azadlıqdan məhrum etmə cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və başqa əsasları nəzərə alaraq müraciəti təmin edib. Qərara əsasən, Ramiz Tatarov vaxtından…

Ətraflı
photo 263373

Çempionlar Liqasını vaxtından əvvəl tərk edəcək ilk komanda bəlli oldu

UEFA Çempionlar Liqasını vaxtından əvvəl tərk edəcək ilk komanda müəyyənləşib. Viral.az xarici mediaya istinadla xəbər verir ki, ötən gün Liqa mərhələsinin VI turunda öz meydanında İngiltərənin “Aston Villa” klubuna uduzan (2:3) “Leyptsiq” yarışı vaxtından əvvəl tərk edəcək ilk komanda olub. Almaniya təmsilçisi geridə qalan 6 oyunun hamısında uduzmaqla hazırda bütün komandalar arasında ən pis göstəriciyə…

Ətraflı
photo 263368

Məhkəmə Rüfət Səfərovla bağlı qərar VERDİ

Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Viral.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Binəqədi rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rüfət səfərov barəsində 4 ay müddətində həbs-qətimkan…

Ətraflı
photo 263350

ABŞ səfiri xanımı ilə Gəncədə

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Gəncəyə səfəri çərçivəsində şəhərin bir sıra görməli yerlərini ziyarət edib. Viral.az xəbər verir ki, bu barədə ABŞ Səfirliyinin feysbuk hesabında paylaşım edilib. “Gəncənin ən ecazkar yerlərini, o cümlədən Nizami Gəncəvi, İmamzadə və Cavad Xan məqbərələrini, Xan Bağını, Şah Abbas məscidini və unikal Şüşə Ev Muzeyini görmək inanılmaz bir təcrübə idi….

Ətraflı
photo 263321

Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm

Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm. Viral.az-ın məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis “Sərhədçi”yə qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib. Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib: “Qarşılaşmanın əvvəlində yaxşı çıxış etmədik. Bunun da səbəbi qısa müddət ərzində ardıcıl ikinci oyuna çıxmağımız idi. Bərpa üçün…

Ətraflı
photo 263320

Türkiyə və ABŞ-nin Baş Qərargah rəisləri Suriyadakı prosesləri müzakirə ETDİLƏR

Türkiyənin Baş Qərargah rəisi ordu generalı Metin Gürak amerikalı həmkarı ordu generalı Çarlz Braunla Suriyadakı prosesləri müzakirə edib. Viral.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti bildirib. “Baş Qərargah rəisi ordu generalı Metin Gürak ABŞ Baş Qərargah rəisi ordu generalı Çarlz K. Braun ilə telefon danışığı aparıb. Suriyada baş verən hadisələr barədə…

Ətraflı
photo 263305

Bakıda bu şirkət ləğv OLUNUR

Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC ləğv olunduğunu elan edib. Viral.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Dənizkənari Milli Park” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun…

Ətraflı
photo 263268

Bəşər Əsəd 135 milyard dollarla Rusiyaya qaçıbmış

Suriyada Bəşər Əsəd rejimi 13 il davam edən vətəndaş müharibəsindən sonra devrilib. Ölkəsini tərk edən Əsəd və ailəsi Rusiyaya sığınıb. Bunun fonunda Əsədin 135 milyard dollarla Rusiyaya qaçdığı iddia edilib.  Viral.az yerli mediaya istinadən xəbər verir ki,  bu iddialar Şamdakı rejim kəşfiyyatından Halid Beyye tərəfindən yayılıb.   Beyye Əsədin Rusiyaya qaçaq yolla 135 milyard dollar apardığını iddia…

Ətraflı
photo 263246

Alkoqollu içkilər aşağı qiymətə satıla bilməz

Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılması hallarına görə yeni cərimə müəyyənləşir. Viral.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Yeni maddəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması hallarına görə fiziki şəxslər yüz manat…

Ətraflı
photo 263233

Bu şəxslər hərbi-həkim komissiyasına GÖNDƏRİLMƏYƏCƏK

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik olunub. Viral.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər…

Ətraflı
photo 263210

Bakının bu ərazilərində işıq OLMAYACAQ

Bu gün Bakının Xəzər rayonu, həmçinin Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Viral.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC-dən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin və dayaqların yenilənməsi ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Saat…

Ətraflı
photo 263175

Sabah bu ərazilərdə işıq KƏSİLƏCƏK

Sabah Bakının Xəzər rayonu, həmçinin Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə Viral.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin və dayaqların yenilənməsi ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Saat 09:00-dan saat 15:00-dək…

Ətraflı
photo 263169

Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 9-da K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib. Viral.az xəbər verir ki, tibb ocaqlarının fəaliyyəti ilə tanış olan Leyla Əliyeva burada müalicə alan uşaqların valideynləri ilə görüşüb. Səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Fondunun vitse-prezidentinə bu…

Ətraflı
photo 263168

Azər Qasımlı haqda həbs qərarı VERİLDİ

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı məhkəməyə çıxarılıb. Viral.az-ın məlumatına görə, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror təqsirləndirilən şəxsin istintaq müddətində həbsdə qalmasını istəyib. Yasamal Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.  Qərara əsasən A.Qasımlımın istintaqdan yayınma, yer dəyişdirmə ehtimalı nəzərə alınaraq, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, A.Qasımlı…

Ətraflı
photo 263148

“Liverpul” türkiyəli futbolçunu transfer etmək istəyir

“Yuventus”un hücumçusu Kənan Yıldız “Liverpul”un maraq dairəsinə düşüb. Viral.az xəbər verir ki, İngiltərə klubu Məhəmməd Salaha yeni müqavilə təklif edib. Amma Salahla razılıq əldə olunmayıb. Bu səbəbdən Mersisayd təmsilçisi Kənan Yıldız üçün təklif göndərib. “Yuventus” isə futbolçusu üçün 80 milyon avro istəyir.   Türkiyəli vingerə təklif göndərənlər arasında PSJ, “Mançester Yunayted” və Avropanın digər top-klubları da…

Ətraflı
photo 263140

Baş nazir qərar İMZALADI

Nazirlər Kabineti “Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları” və “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nı təsdiq edib. Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, müfəttiş heyətinin hazırlığı ilə bağlı təlim proqramı…

Ətraflı
photo 263118

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı VERDİ

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan MN-dən bildirilib. Başsağlığında deyilir: “9 dekabr tarixində, İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır….

Ətraflı