
Təyyarədə unudulan pişik 24 saat ərzində 3 səfər ETDİ
Yeni Zelandiyada təyyarədə unudulan pişik 24 saat ərzində iki ölkə arasında 3 səfər edib. Viral.az xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiyanın Kraystçörç şəhərindən Avstraliyanın Melburn şəhərinə köçən ailə 8 yaşlı Mittens adlı pişiyi ilə birlikdə təyyarəyə minib. Mittensin sahibi Marqo Neas verdiyi açıqlamada Avstraliyaya çatanda 3 saat gözlədiklərini, lakin yük bölməsindəki pişiyin çatdırılmadığını bildirib….