
Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlandı
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb. Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb. Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki,…