-->
photo 264270

Gənc qızın qarnından 5 kiloluq şiş ÇIXDI

Bakıda tibbdə nadir görünən əməliyyatlardan biri yerinə yetirilib. Viral.az xəbər verir ki, sözügedən əməliyyat Xətai Tibb Mərkəzində baş tutub. 27 yaşlı qadının uşaqlıq borusundan nəhəng şiş – sistadenoma çıxarılıb. Əməliyyatı Ginekologiya və Doğum Şöbəsinin müdiri, tibb elmləri doktoru Mehriban Hacızadə icra edib. Əməliyyat barədə məlumat verən cərrah bildirib ki, xaric edilən şişin çəkisi 5 kiloqram olub. “Adətən,…

Ətraflı
photo 264257

Əməkdar memar vəfat ETDİ

Azərbaycanın Əməkdar memarı Fəxrəddin Böyük oğlu Miralayev vəfat edib. Viral.az musavat.com-a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq. Mərhumla vida mərasimi sabah saat 10:30-da Göy Məsciddə baş tutacaq. Xatırladaq ki, Fəxrəddin Böyük oğlu Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil…

Ətraflı
photo 264220

“Neolit”də yanğın başlayıb – Yenilənir

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Viral.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.  Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək….

Ətraflı
photo 264205

Çin hipersəs silahlarının dünyada aparıcı arsenalına malikdir

Çin hipersəs silahlarının dünyada aparıcı arsenalına malikdir. Viral.az xəbər verir ki, bu, ABŞ Müdafiə Nazirliyinin ÇXR-in hərbi gücünə dair növbəti illik hesabatında yer alıb. Sənəd ABŞ Konqresinə təqdim edilib. Hesabatda deyilir: “ÇXR dünyanın aparıcı hipersəs raket arsenalına malikdir və son 20 ildə həm adi, həm də nüvə raket texnologiyalarını inkişaf etdirib”. Pentaqonun ekspertlərinin fikrincə, Çin…

Ətraflı
photo 264195

Ukraynanın Bayden dövründə NATO-ya qəbul olmaq şansı yoxdur

ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə Ukraynanın NATO-ya dəvət olunma şansı yoxdur; bu məsələyə artıq növbəti Amerika lideri Donald Tramp baxacaq. Viral.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib. “Məncə, hazırkı mərhələdə yeni komandanın 2025-ci ildə həllinə nail oluna bilinəcək münaqişənin həlli üzrə danışıqları…

Ətraflı
photo 264188

Dənizkənarı Milli Parkda Yeni illə bağlı xüsusi hazırlıq işləri aparılır

Dənizkənarı Milli Parkda Yeni illə bağlı xüsusi hazırlıq işləri aparılır. Viral.az xəbər verir ki, bu barədə “Report”a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib. “Bu il də ənənəyə uyğun olaraq, bulvar ərazisində Yeni İlə Bu il Dənizkənarı Bulvar İdarəsi olaraq çalışmışıq ki, bayram əhval-ruhiyyəsi daha yaxşı çatdırmaq, bir növ qonaqlarımızın zövqünü oxşamaq üçün…

Ətraflı
photo 264168

238 nəfər vəkilliyə qəbulla bağlı test imtahanında uğur qazandı

Dekabrın 18-də Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və DİM ilə birgə ARVK-ya və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına (NMRVK) vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib. Viral.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas…

Ətraflı
photo 264158

Azərbaycanda neçə seçici var?

Azərbaycanda 5 milyon 876 min 428 nəfər seçici var. Viral.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, bu say dəqiqləşmə prosesində dəyişə bilər. “Seçicilərin sayının dəqiqləşdirilməsi üzrə iş gedir”, – Rövzət Qasımov deyib.

Ətraflı
photo 264155

Prezident bunun üçün 1 milyon manat ayırdı

2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək. Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.

Ətraflı
photo 264137

Quru sərhədləri açılsa, Bakı-Tbilisi-Bakı reysi bərpa ediləcək

Azərbaycanın quru sərhədləri açılsa, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək. Viral.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. “Yalnız sərhədlər açılandan sonra ADY bununla bağlı hazırlıq işlərinə başlayacaq”, – deyə o qeyd edib (Report).

Ətraflı
photo 264133

ADY 8 milyonuncu sərnişini daşıyıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişindaşıma xidmətində bu il də rekord göstərici qeydə alınıb. Viral.az xəbər verir ki, ötən il olduğu kimi, bu il də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8 milyon sərnişin daşınıb. Son illər ADY-də aparılan islahatlar sayəsində sərnişindaşıma göstəricilərində yüksək artım tempi müşahidə olunur. Belə ki, dəmir yolları ilə…

Ətraflı
photo 264121

UEFA qapısından 6 qol buraxan millimizə xəbərdarlıq ETDİ

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib. Viral.az “Report”a istinadla xəbər verir ki, buna yığmanın səfərdə İsveçə uduzduğu Millətlər Liqasının matçında yaşananlar səbəb olub. Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv “komandanın düzgün olmayan davranışı”na görə xəbərdarlıq alıb. Sözügedən qarşılaşmada millinin beş üzvü sarı vərəqə alıb. Bunlar Anton Krivotsyuk, Amin Seydiyev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və Toral Bayramovdur. Qeyd…

Ətraflı
photo 264111

Fatih Terim “Neftçi”nin baş məşqçisi ola BİLƏR

Türkiyə mətbuatı məşhur məşqçi Fatih Terimin “Neftçi”yə gələcəyi ilə bağlı iddia irəli sürüb. Viral.az xəbər verir ki, “Akşam” nəşri onun mövsümün sonunda Azərbaycan təmsilçisinin “sükanı arxası”na keçəcəyini yazıb.  Tərəflərin mövsümün sonunda rəsmi şəkildə müqavilə imzalayacağı bildirilib.  Qeyd edək ki, Fatih Terimin Adrian Mutu istefaya göndərildiyi zaman “Neftçi”yə gələcəyi barədə də xəbərlər yayılmışdı. Lakin həmin vaxt…

Ətraflı
photo 264070

“Ferents Puşkaş” mükafatına layiq görülən qol açıqlandı

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Alexandro Qarnaçonun qolu 2024-cü il üçün “Ferents Puşkaş” mükafatına layiq görülüb. Viral.az xəbər verir ki, argentinalı hücumçu “The Best FIFA Football Awards” tədbirində mükafatlandırılıb. O, ötən il Premyer Liqada “Everton”la matçda vurduğu qola görə təltif edilib. Qeyd edək ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Yassin Benziyanın Əlcəzair millisinin heyətində vurduğu qol…

Ətraflı
photo 264069

Türkiyə Suriyadakı qeyri-sabit vəziyyətin bitməsi üçün bütün terror təşkilatları ilə mübarizə aparır

Türkiyə Suriyadakı qeyri-sabit vəziyyətin ən qısa zamanda bitməsi üçün bütün terror təşkilatları ilə mübarizə aparır. Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Qətər əmiri Şeyx Temim bin Hamad Al Sani ilə görüşündə deyib. O, söyləyib ki, Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün terrorla mübarizəsini davam etdirəcək. Türkiyə lideri qeyd edib ki,…

Ətraflı
photo 264066

Zurabişvili sabah Avropa Parlamentində çıxış EDƏCƏK

Gürcüstan prezidenti Salome Zurabişvili sabah Avropa Parlamentində (AP) çıxış edəcək. Viral.az APA-ya istinadən  xəbər verir ki, bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə qeyd olunub. Bildirilib ki, prezident dekabrın 18-də Tbilisi vaxtı ilə saat 11:30-da AP-də çıxış edəcək. Onun çıxışında Gürcüstanda hazırkı vəziyyətə, hakim “Gürcü Arzusu” və prezident seçkisi kimi mövzulara toxunacağı gözlənilir. Qeyd edək ki,…

Ətraflı
photo 264063

Mayotda qasırğa nəticəsində zərərçəkənlərin sayı 1 700-ə ÇATDI

Mayotda qasırğa nəticəsində zərərçəkənlərin sayı 1 700-ə çatıb. Viral.az xəbər verir ki, bu barədə Fransanın baş naziri Fransua Bayru bildirib. “Bu gün ölənlərin sayı 20-yə yaxındır, 200 ağır yaralı var. 1 500 yaralının həyati təhlükəsi yoxdur”, – hökumət başçısı deyib. O, bu rəqəmlərin son olmadığını, ölən və yaralananların sayının arta biləcəyini vurğulayıb. Qeyd edək ki,…

Ətraflı
photo 264061

Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq öldü

Salyan sakini dəm qazından boğularaq ölüb. Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı