Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Viral.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Son Yazılar:
- Tovuzda məktəbdə 10-dan çox şagird tüstüdən ZƏHƏRLƏNDİ – YENİLƏNİB
- Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin EDİLDİ
- Azərbaycanlı aktyor qızına toy etdi – VİDEO
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
“Report”un məlumatına görə, yanğın “Neolit” restoranında baş verib və obyektin anbarını əhatə edir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.