Ölkə ərazisində dekabrın 19-u saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə edilir, bəzi şərq rayonlarında yağıntılar leysan xarakterlidir.
Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 12, Şabran, Quba, Şəki, Zaqatala, Balakəndə 1 mm-dək olub.
Son Yazılar:
- Tovuzda məktəbdə 10-dan çox şagird tüstüdən zəhərləndi – YENİLƏNİB
- Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin EDİLDİ
- Azərbaycanlı aktyor qızına toy etdi – VİDEO
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Altıağacda 20, Qrızda 12, Xaltanda 10, Şamaxıda 7, Qusarda 6, Qax(Sarıbaş), Şahbuzda 5, Şahdağ, Qobustanda 4 sm olub.
Bəzi yerlərdə arabir güclü qərb küləyi əsib, Daşkəsəndə 28 m/s, İsmayıllıda 26 m/s, Kəlbəcərdə 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur.
Qobustan, Şəki, Oğuz, Qəbələdə 20 m/s, Mingəçevirdə 19 m/s, Naftalan, Şamaxıda 18 m/s, Tərtərdə 16 m/s-dək güclənib. Bu isə sarı xəbərdarlıqdır.
Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Sumqayıt, Göyçay, Şamaxı, Qobustan, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 19-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.