-->
photo 264448

Aktyor vəfat ETDİ

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov vəfat edib. Viral.az xəbər verir ki, aktyor uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib. Qaraciyər sirrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülmüşdü. Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyoru olub. O, bu müddət ərzində “Gəl qohum olaq”, “Qarağaclar altında məhəbbət”,…

Ətraflı
photo 264443

Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırdı

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi “Ankaragücü” baş məşqçisi Kenan Koçakla yollarını ayırıb. Viral.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Qeyd edək ki, “Ankaragücü” I Liqada 23 xalla səkkizinci sırada yer alıb.

Ətraflı
photo 264440

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Viral.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd edək ki, sözügedən yolda maksimal sürət həddi 110 km/saatdır.

Ətraflı
photo 264434

Tramp Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcək. Viral.az xəbər verir ki, o, bu barədə bəzi Avropa rəsmilərini nümayəndələri vasitəsilə məlumatlandırıb. Nəşrin mənbələri qeyd edib ki, Tramp son nəticədə bu rəqəmin indiki 2%-dən 3,5%-ə çatdırılması ilə razılaşa bilər. “FT” həmsöhbətləri onu da iddia ediblər ki, Tramp seçki kampaniyası…

Ətraflı
photo 264427

Mayotta sakinləri Makronun istefasını tələb edib

Mayotta sakinləri Fransa prezidenti Emmanuel Makrona dağıdıcı qasırğanın vurduğu adadakı vəziyyətə reaksiyasına görə qəzəblərini bildiriblər. Viral.az xəbər verir ki, Makron dəymiş ziyanın həcmini qiymətləndirmək və yerli sakinlərə öz dəstəyini göstərmək üçün Hind okeanındakı arxipelaqa səfər edib. Mayottaya iki günlük səfəri zamanı Makron yerli sakinlərlə mübahisə edib. Belə ki, görüş zamanı onun istefası ilə bağlı çağırışlar…

Ətraflı
photo 264402

Bu bölgələrdə iki gün güclü külək əsəcək

Azərbaycanın bəzi bölgələrində dekabrın 21-22-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Qobustan, Şabran, Xızı, Siyəzən, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ətraflı
photo 264398

Si Cinpin İlham Əliyevi təbrik ETDİ

Çin Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Viral.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Son illər bizim birgə rəhbərliyimizlə intensiv yüksək səviyyəli təmaslar, möhkəm siyasi qarşılıqlı etimad və beynəlxalq aləmdə səmərəli əməkdaşlıq ilə səciyyələnən Çin-Azərbaycan münasibətləri uğurla və ardıcıl şəkildə…

Ətraflı
photo 264381

Daha 70 milyon manat Azərbaycana QAYTARILDI

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan və ölkəyə geri qaytarılmayan pul vəsaitlərinin daha bir hissəsi Azərbaycana qaytarılıb. Viral.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında…

Ətraflı
photo 264329

At arabası ilə yolda qəza törətdi

Ucar rayonunun Qazıqumlaq kəndi ərazisindən keçən asfalt örtüklü yolda at arabası ilə qəza törədən şəxslə bağlı məhkəməyə qərar verib.  Viral.az xəbər verir ki, 14 iyul 1991-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində doğulmuş F.G. həmin yolda at arabası ilə “VAZ 21074” markalı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşub.  Məhkəmədə avtomobilin sahibi H.O. deyib ki, barəsində inzibati xəta haqqında…

Ətraflı
photo 264328

Xalq rəssamı vəfat ETDİ

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib. Viral.az xəbər verir ki, bu barədə “Report”a rəssamın ailəsindən məlumat verilib. Bildirilib ki, bu gün 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra isə mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Ətraflı
photo 264302

Ərdoğan Şahbaz Şəriflə regional məsələləri müzakirə ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb. Viral.az xəbər verir ki, tərəflər iki ölkə arasındakı əlaqələr, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan Türkiyənin tarixi transformasiya prosesində Suriya xalqının yanında olmağa davam edəcəyini də vurğulayıb.

Ətraflı
photo 264296

Əli Əsədov Misirdə bu dövlət başçıları ilə görüşdü

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak edir. Viral.az xəbər verir ki, Əli Əsədov tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Pakistanın Baş naziri Şahbaz Şərif və Nigeriya Federativ Respublikasının xarici işlər naziri…

Ətraflı
photo 264283

Nikol razılaşıb, minlərlə erməni əsgər Ukraynaya girəcək

NATO-nun 170 minlik hərbi kontingenti Ukraynaya girəcək. Bir neçə min hərbçi isə Ermənistandan olacaq. Viral.az globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə ukraynalı məşhur jurnalist Dmitri Qordon çıxış edib. Onun sözlərinə görə, NATO qoşunlarının Ukraynaya daxil olması prosesi mütləq həyata keçiriləcək: “Necə deyərlər, 40 min yox, 150 min, hətta 170 min hərbçi Ukrayna ərazisinə…

Ətraflı
photo 264270

Gənc qızın qarnından 5 kiloluq şiş ÇIXDI

Bakıda tibbdə nadir görünən əməliyyatlardan biri yerinə yetirilib. Viral.az xəbər verir ki, sözügedən əməliyyat Xətai Tibb Mərkəzində baş tutub. 27 yaşlı qadının uşaqlıq borusundan nəhəng şiş – sistadenoma çıxarılıb. Əməliyyatı Ginekologiya və Doğum Şöbəsinin müdiri, tibb elmləri doktoru Mehriban Hacızadə icra edib. Əməliyyat barədə məlumat verən cərrah bildirib ki, xaric edilən şişin çəkisi 5 kiloqram olub. “Adətən,…

Ətraflı
photo 264259

Saç tökülməsini dayandırmaq üçün 6 təbii VASİTƏ

Bu təbii vasitələrdən istifadə edərək, üç ay ərzində nəticəni görə biləcəksiniz. Demək olar ki, hər bir insanın həyatında ən azı bir dəfə saç tökülməsi problemi yaranıb. Buna müxtəlif səbəblər, o cümlədən yaş, düzgün olmayan qidalanma, əhəmiyyətli çəki itkisi, xroniki dəmir çatışmazlığı, qalxanabənzər vəzinin xəstəlikləri və doğuş səbəb ola bilər.   Viral.az xarici mətbuata istinadla bildirir…

Ətraflı
photo 264257

Əməkdar memar vəfat ETDİ

Azərbaycanın Əməkdar memarı Fəxrəddin Böyük oğlu Miralayev vəfat edib. Viral.az musavat.com-a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq. Mərhumla vida mərasimi sabah saat 10:30-da Göy Məsciddə baş tutacaq. Xatırladaq ki, Fəxrəddin Böyük oğlu Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil…

Ətraflı
photo 264231

Şirkət elə kredit götürmək istədiyi gün yaradılıbmış – MN-in keçmiş zabitinin məhkəməsi

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması qaldığı yerdən davam edib. Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, budəfəki iclasda şahid qismində Şəhla Abdurəhmanova ifadə verib. Şəhla cinayət baş verən dövrdə “AtaBank”ın Müştəri Xidmətləri Departamentinin direktoru işləyib. Direktor kimi bankın idarə heyətinin sədrinə tabe olub, onun göstərişlərini yerinə…

Ətraflı
photo 264206

Mayottada “Şido” qasırğası nəticəsində ölənlərin sayı 30 nəfəri ÖTDÜ

Mayottada “Şido” qasırğası nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb. Viral.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Məlumata görə, təbii fəlakətin fəsadları ilə bağlı ilkin rəsmi məlumatlara əsasən 31 nəfər həlak olub. Əvvəllər bildirilirdi ki, Mayottada “Şido” qasırğasından zərər çəkənlərin sayı 1 700 nəfərə, ölənlərin sayı isə 20 nəfərə çatıb. Qasırğa Mayottanı dekabrın…

Ətraflı
photo 264191

Bu marşrut xətlərinin hərəkət sxemi DƏYİŞDİRİLİR

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən qəzalı körpünün söküntü işlərinə görə bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir. Viral.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, 16/19, 17, 18 və 27 nömrəli marşrutlar Alı Mustafayev küçəsi (Sumqayıt şəhəri. Tunel) – Ayna Sultanova küçəsi…

Ətraflı