-->
photo 264639

Vəkillər Kollegiyası 3 vəkili cəzalandırdı

Cari il dekabr ayının 20-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Viral.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. Sonra iclasda ARVK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən qurulması nəzərdə tutulan inzibati binanın tikinti və…

Ətraflı
photo 264627

Bu ölkədə TikTok qadağan EDİLDİ

Albaniya rəhbərliyi ölkədə TikTok sosial şəbəkəsini qadağan etmək qərarına gəlib. Viral.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Edi Rama açıqlayıb. Onun sözlərinə görə, 2025-ci ilin əvvəlindən qüvvəyə minəcək qadağa Albaniyanın bütün vətəndaşları üçün bir il müddətinə qüvvədə olacaq. E.Rama qeyd edib ki, Albaniya qərarın ləğvi və yaxud müddətinin uzadılması barədə…

Ətraflı
photo 264606

Əmr verəcəm ki, Dəmir Qübbənin istehsalına başlasınlar

ABŞ Silahlı Qüvvələri ölkədə İsrailin Dəmir Qübbəsinə bənzəyən müasir raketdən müdafiə sistemi qurmağa başlayacaq. Viral.az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib. “Mən ordumuza əmr verəcəm ki, yalnız ABŞ komponentlərindən hazırlanacaq böyük Dəmir Qübbə raketdən müdafiə qalxanının istehsalına başlasınlar”, – Tramp bildirib.

Ətraflı
photo 264588

Türkiyə Suriyada dövlət qurumlarının bərpasına kömək etməyə hazırdır

Türkiyə Suriyada dövlət qurumlarının bərpası üçün lazımi yardımı göstərməyə hazırdır. Viral.az xəbər verir ki, bunu Suriyada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Onun sözlərinə görə, Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ölkənin yenidən qurulması maraqlarına uyğun olaraq ləğv edilməlidir. Nazir əlavə edib ki, Suriyada mövcud olan PKK və digər terror təşkilatları…

Ətraflı
photo 264584

“Şamaxı” “Sabah”ı məğlub ETDİ

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq. Viral.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşündə “Şamaxı” evdə “Sabah”la qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Turun və ilin sonuncu matçı isə lider “Qarabağ”la əsas izləyicisi “Araz-Naxçıvan” arasında baş tutacaq. Daha öncə keçirilmiş “Kəpəz” – “Sumqayıt” (0:0) və “Turan Tovuz” – “Neftçi” (1:1)…

Ətraflı
photo 264566

Trampın komandası bu təşkilatdan çıxmaq İSTƏYİR

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Vaşinqtonu Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq istəyib. Viral.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.  Nəşrin məlumatına görə, Trampın komandasının üzvləri amerikalı siyasətçinin andiçmə mərasimi günü təşkilatı tərk etmək niyyətlərini ÜST-yə bəyan ediblər. Ekspertlər qeyd edir ki, bu, qlobal sağlamlıq üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Ətraflı
photo 264542

Bu da Röya Ayxanın “Qızı”

Xalq artisti Röya Ayxan “Qızım” adlı yeni mahnısını təqdim edib. Viral.az xəbər verir ki, bəstənin musiqisi və aranjimanı Camal Qurbanova, sözləri Leyli Erola aiddir. “Cover”in müəllifi fotoqraf Halil Güzeldir. R.Ayxanın obrazı üzərində məşhur stilist Anar Ağakişiyev çalışıb. Mix mastering Toufan Recordsa aid olan “Qızım” YouTube-da onlayndır. Xatırladaq ki, R. Ayxan 8 gün əvvəl təqdim etdiyi…

Ətraflı
photo 264540

İsmayıllıda ağır qəza – Ölənlər VAR

Bu gecə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Viral.az xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Nəticədə sərnişinlər -2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb. Sürücü və daha bir sərnişin…

Ətraflı
photo 264535

“Lukoil”da benzin yerinə su vurublar”

“Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə iddia irəli sürülüb.  Viral.az xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib. Onun sözlərinə görə, şirkətinə məxsus avtomobilə “Şamaxinka”da yerləşən “Lukoil”dan yanacaq əvəzinə su vurublar: “Sürücü 20.12.2024 tarixdə saat 21:05-21:30 radələrində şirkətimizə məxsus 99-XN-288 nömrəli “Hyundai Elantra” avtomobil ilə “Şamaxinka”da yerləşən “Lukoil”dan 20…

Ətraflı
photo 264530

Roma Papasının halı PİSLƏŞDİ

Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində görünməyəcək. Viral.az xəbər verir ki, o, soyuqladığı üçün dekabrın 22-i bazar günü Müqəddəs Marfanın Evindən möminlərə xeyir-dua verəcək. Mərasimdən canlı yayımın təşkil olunub-olunmayacağı dəqiqləşdirilməyib. Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam olub.

Ətraflı
photo 264524

PKK/YPG ünsürləri silahlarını yerə qoymalı və Suriyanı tərk etməlidirlər

PKK/YPG ünsürləri silahlarını yerə qoymalı və Suriyanı tərk etməlidirlər. Viral.az xəbər verir ki, bunu “Reuters” agentliyinə açıqlamasında Türkiyənin rəsmi şəxsi deyib. O qeyd edib ki, münaqişənin əsas səbəbi rəsmi Ankaranın bölgəyə baxışı deyil. Adı açıqlanmayan mənbə qeyd edib ki, qarşıdurmanın əsas səbəbi PKK/YPG terror təşkilatının mövcudluğudur.

Ətraflı
photo 264504

Lerikdə qanunsuz ov edən şəxs saxlanıldı

Lerik rayonunda qanunsuz ov faktı aşkarlanıb. Viral.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində A.Vəliyevin rayonun Xanagah kəndi ərazisində qanunsuz ov etdiyi müəyyən olunub. Ondan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi və qanunsuz ovlanmış çöl dovşanı aşkarlanıb. Araşdırma aparılır.

Ətraflı
photo 264487

Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlandı

Yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək müvafiq dairə seçki komissiyalarına 15 min 886 nəfər müraciət edib. Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclası zamanı sədr Məzahir Pənahov açıqlayıb. O qeyd edib ki, həmin iddiaçılardan 6 min 889 nəfəri imza vərəqələrini götürüb. Ümumi bələdiyyələr üzrə 755 nəfərin namizədliyi qeydə alınıb,…

Ətraflı
photo 264459

Almaniyada bayram bazarında terror – 11 ölü, 80 yaralı

Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb. Viral.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 60-ı yaralanıb. Bildirilib ki, hadisəni törədən sürücü həbs edilib. Əyalət hökumətinin sözçüsü Masias Şuppe hadisəni terror aktı kimi qiymətləndirib. Şəhər polisinin məlumatına görə, hazırda Maqdeburqdakı Milad…

Ətraflı
photo 264456

Adamları belə aldadırlar – RƏSMİ XƏBƏRDARLIQ

Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından zənglər edilərək dələduzluq həyata keçirilir. Viral.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. “Belə ki, mobil internet sürətinin artırılması və 5G texnologiyasına keçidlə bağlı vədlər verilərək “WhatsApp” tətbiqi üzərindən müəyyən təlimatlar göndərilir. Təlimatlarda vətəndaşlardan telefonun tənzimləmələrində “naməlum mənbələrdən olan tətbiqlərin quraşdırılmasına” icazə…

Ətraflı
photo 264406

Şəmkirdə ər arvadını BIÇAQLADI

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Viral.az xəbər verir ki, 1979-cu il təvəllüdlü K.Muxtarova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib. Onun əri tərəfindən bıçaqlandığı bildirilir. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1972-ci il təvəllüdlü R.Muxtarov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
photo 264402

Bu bölgələrdə iki gün güclü külək əsəcək

Azərbaycanın bəzi bölgələrində dekabrın 21-22-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Qobustan, Şabran, Xızı, Siyəzən, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ətraflı