
"Beşiktaş" ev oyununda xal İTİRDİ
Türkiyə Super Liqasında XVII tur davam edir. Viral.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Alanyaspor”u qəbul edib. İstanbul təmsilçisi rəqibinin müqavimətini qıra bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Türkiyə Super Liqasında XVII tur davam edir. Viral.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Alanyaspor”u qəbul edib. İstanbul təmsilçisi rəqibinin müqavimətini qıra bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo əməliyyat üçün bu həftəsonu ölkə xaricinə yollanacaq. Viral.az “Record”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin səhhəti ilə bağlı problem dəqiqləşdirilməyib. Qeyd edək ki, “Fənərbağça” son dörd oyunu qələbəsiz başa vurub. Komanda hazırda Super Liqanın turnir cədvəlində 36 xalla ikinci yerdə qərarlaşıb.
Xaçmaz rayonuna yeni polis rəisi təyin olunub. Viral.az “Report”a istinadən məlumat verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Samir Məcidov Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) rəis təyin edilib. Qeyd dək ki, Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Həmid Həsənov isə digər əmrlə xidmətdə olmanın son həddi ilə əlqədar olaraq təqaüdə göndərilib.
“Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda konfrans öz işinə başlayıb. Viral.az tədbir Hilton hoteldə baş tutur. Konfrans cinayət siyasətinin fəlsəfi-hüquqi mövzusundadır. Tədbirdə hüquq elmləri doktoru, professor, Saratov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin Araşdırılması Mərkəzinin direktoru Lopaşenko Natalya Aleksandrovna, hüquq elmləri doktoru, professor Ələkbərov Xanlar çıxış edəcək.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Viral.az “AZƏRTAC”-a istinadən xəbər verir ki, bu mərhələdə Şuşa şəhərinə 49 ailə – 191 nəfər köçürülüb….
Xəbər verdiyimiz kimi, Vüsal Aslanov “Bakı Metropoliteni”nin yeni sədri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Viral.az yeni təyin olunan sədrin tərcümeyi-halını təqdim edir: Vüsal Yusif oğlu Aslanov 22 sentyabr 1981-ci il tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub, 2003-cü ildə həmin…
Bu gün Misli Premyer Liqasında 18-ci tura start verilib. Viral.az xəbər verir ki, ilk gündə 1 oyun keçirilib. “Kəpəz” “Sumqayıt”ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Hazırda Gəncə klubu turnir cədvəlində 11 xalla 9-cudur. “Sumqayıt” isə 20 xalla 6-cı pillədə qərarlaşıb. N Klublar O Q H M T-F X 1 Qarabağ 17 14 2 1 45-7 44 2…
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Digər sərəncamla Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Viral.az modern.az-a istinadla xəbər verir ki, Adış Məmmədov 1995–1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində…
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu, əziz dost. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə Türk dünyasında getdikcə daha mühüm rol oynayır, regionda liderliyini gücləndirir və Belarus Respublikasının etibarlı strateji tərəfdaşıdır….
Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Viral.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. *** Prezidentin digər Sərəncamına əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. *** Prezidentin daha bir Sərəncamına görə, Cəlal Sabir oğlu…
Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd sığındıqları Moskvadakı həyat şəraitindən məmnun deyil. Viral.az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-i yayıb. Bildirilir o, Londona gedə bilmək üçün ərindən boşanmaq istəyir. İngiltərənin paytaxtı Londonda doğulan, bankçılıq karyerasını geridə qoyan Əsma Əsəd Britaniya vətəndaşı olduğu üçün Rusiya məhkəməsinə müraciət edərək, Moskvanı tərk etmək üçün xüsusi…
Goranboy rayonunda iki nəfər dəm qazından boğularaq ölüb. Viral.az xəbər verir ki, hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb. Yerli sakinlər Sevil Səlimova (1979) və Xumar Səlimova (1972) dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb. Viral.az xəbər verir ki, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat verib və axtarışlara başlanılıb. Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb….
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 19-da bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb. Viral.az “Report”a istinadən xəbər verir ki, söhbət zamanı onlar ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Ötən ildə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin uğurlu inkişafı qeyd olunub. Vurğulanıb ki, siyasi, iqtisadi və humanitar sahələrdə…
İsmayıllıda sanitar qovşaqda meyit aşkarlanıb. Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə İvanovka kəndində baş verib. İyirmi yaşlı Vitali Yuryeviç Minnikovun meyiti yaşayış evinin həyətində evdən ayrı tikilmiş sanitar qovşaqda atası tərəfindən aşkarlanıb. Mərhumun nədən öldüyü hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Polşanın elm və ali təhsil naziri, “Solçular” partiyasından olan Dariuş Veçorek istefa verib. Viral.az əbər verir ki, bu barədə Veçorek Seymdə (Polşa parlamentinin aşağı palatası) keçirdiyi mətbuat konfransında bildirib. Qeyd olunur ki, bu qərara səbəb onun vergi bəyannaməsində etibarlı olmayan məlumatlar əks etdirməsi ilə bağlı mətbuatda yayılanlarla əlaqədar yaranmış qalmaqal və universitetlərdən birinin işindəki pozuntular…
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs yaradılıb. Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycanda balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Mərkəz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq…
2025-ci il yanvarın 24-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahan təşkil olunacaq. Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və müvafiq olaraq…
Polis Nərimanov, Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri müəyyən edərək saxlayıb. Viral.az xəbər verir ki, Nərimanov rayonu ərazisində “Toyota” və “Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn, əkiz qardaşı…
“Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 21-i səhərədək fasilələrlə davam edəcəyi gözlənilir”. Bu barədə Viral.az-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimal olunur. “Azərbaycanın şərq rayonlarında da hava şəraitinin dekabrın 20-dən 21-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar…