-->
Lalə Azərtaşa balta ilə hücum edən şəxs həbs edildi

Lalə Azərtaşa balta ilə hücum edən şəxs həbs edildi

Ötən gün səhər saatlarında “Xəzər” televiziyasının çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini Elqan Bəşirov müəyyən edilərək saxlanılıb”. Viral.az xəbər verir ki, bu məlumat modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan verilib. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb,…

Ətraflı
Belarus Prezidenti 20 nəfəri əfv ETDİ

Belarus Prezidenti 20 nəfəri əfv ETDİ

Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist xarakterli cinayətlər törətmiş 20 nəfərin əfv edilməsi haqqında növbəti fərman imzalayıb. Viral.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat verib. Məlumata görə, əfv edilənlərdən 11-i qadındır. Onlardan birinin dörd uşağı var. Bundan əlavə, siyahıya xroniki xəstəlikləri olan məhkumlar da daxildir. Onlar əfv üçün müraciət ediblər.

Ətraflı
Rusiya Ukraynada bütün məsələlərdə uduzdu

Rusiya Ukraynada bütün məsələlərdə uduzdu

Rusiya Ukraynada bütün məsələlərdə uduzdu. Viral.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “t-online” portalına müsahibəsində deyib. O, Rusiya Prezidenti Vladimir Putinlə yenidən əlaqə saxlamağa hazır olduğunu bildirib. “Rusiyanı Avropanın Ukraynaya dəstəyini davam etdirəcəyinə inandırmışıq”, – kansler vurğulayıb. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Ətraflı
Bəşər Əsədin qohumu Beyrut hava limanında saxlanıldı

Bəşər Əsədin qohumu Beyrut hava limanında saxlanıldı

Livan hakimiyyəti Beyrut beynəlxalq hava limanında Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşının saxlanıldığını bildirib. Viral.az xəbər verir ki, keçmiş prezidentin həbs olunmuş qohumu və onun qızı saxta pasportlarla Livanı tərk etməyə cəhd göstəriblər. Dureyd Əsəd Suriyanın mərhum prezidenti Hafiz Əsədin (1930-2000) qardaşı, baş tutmayan çevriliş cəhdindən sonra 1984-cü ildən xaricdə…

Ətraflı
Türkiyə səfirliyinin əməkdaşları təyyarə qəzası qurbanlarının xatirəsini yad etdi

Türkiyə səfirliyinin əməkdaşları təyyarə qəzası qurbanlarının xatirəsini yad etdi

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda “Embraer 190” təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün hazırlanan guşəyə baş çəkiblər. Viral.az xəbər verir ki, rəsmi şəxslər xatirə guşəsinin qarşısına gül qoyaraq faciə qurbanlarını yad ediblər. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya…

Ətraflı
Rusiya tərəfi günahkardırsa, üzr istəməlidir!

Rusiya tərəfi günahkardırsa, üzr istəməlidir!

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib. Rusiya tərəfi “Embraer 190” təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.   “Embraer 190″ın ekipajı böyük şücaət göstərərək, təyyarəni…

Ətraflı
AZAL Rusiyanın daha 3 şəhərinə uçuşları DAYANDIRDI

AZAL Rusiyanın daha 3 şəhərinə uçuşları DAYANDIRDI

“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın daha 3 şəhəinə – Saratov, Nijni Novqoroq və Vladiqafqaza`sabahdan uçuşları dayandırır. 13:19 “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Rusiyanın 5 hava limanlarına reysləri dekabrın 28-dən dayandırır. Viral.az AZAL-a istinadən xəbər verir ki, bu qərar aviaşirkətin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması…

Ətraflı
Tibb mütəxəssisləri və yaralıların qohumları Qazaxıstana yola salınır

Tibb mütəxəssisləri və yaralıların qohumları Qazaxıstana yola salınır

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 soydaşımızın Qazaxıstan Respublikasında müalicəsi davam edir. Səhiyyə Nazirliyindən Viral.az-a verilən xəbərə görə, yaralıların tezliklə sağalması üçün aparılan müalicə tədbirlərində tibbi dəstəklə yanaşı, mənəvi dəstək də çox önəmlidir. Bu məqsədlə, həm Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola…

Ətraflı
photo 265156

Qazaxıstandakı 3 yaralı vətəndaşımızın vəziyyəti AÇIQLANDI

“Hazırda Qazaxıstanda 3 vətəndaşımızın müalicəsi davam etdirilir, onların vəziyyəti ağır stabildir və süni nəfəs aparatına qoşulublar”. Viral.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə anziri Teymur Musayev bildirib. Onun sözlərinə görə, həmin şəxslərin vəziyyətləri nəzarət altındadır: “Bununla yanaşı, bu gün Qazaxıstana həkimlərdən və tibb bacılarından ibarət qrup ezam edilib. Kimliyi müəyyənləşməyən şəxslərin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər…

Ətraflı
photo 265154

Karantin rejiminin müddəti UZADILDI

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 aprel 2025-ci il saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2025-ci ilədək müddəti əhatə edirdi.

Ətraflı
photo 265145

Parlamentdə təyyarə qəzası qurbanlarının xatirəsi ANILDI

Milli Məclisdə təyyarə qəzasında həlak olanların xatirəsi anılıb. Viral.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması haqqında çıxış edib. Sədr həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Ətraflı
photo 265141

İlhamə Elşadqızı ağır ittihamla həbs EDİLDİ

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı da cinayət məsuliyyətinə cəlb edilib. Viral.az Qafqazinfo-ya istinadla xəbər verir ki, son vaxtlar çıxışları ilə qınaq obyektinə çevrilən tiktokçu Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir. Onun istintaqdan gizlənmək ehtimalı…

Ətraflı
photo 265126

Rusiya hələ də Ukraynaya pul ödəyir

“Rusiya hələ də sutkada ən azı 14 milyon kubmetr qazı tranzitlə nəql edir. Bu qaz Ukrayna ərazisindən keçir və Rusiya bunun üçün pul ödəyir”. Viral.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Müharibə öz yerində, lakin biz mütəmadi olaraq qazı çatdırırıq və tranzit üçün pul ödəyirik”, – deyə dövlət başçısı bildirib….

Ətraflı
photo 265122

Təyyarə qəzasında yaralananlardan biri reanimasiyaya yerləşdirildi

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib. Viral.az xəbər verir ki, bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bildirib. Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiyaya yerləşdirilib. Xatırladaq ki, daha əvvəl “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14…

Ətraflı
photo 265105

“Barselona”nın futbolçusu iki seçim arsındadır

İspaniyanın “Barselona” klubunun futbolçusu Dani Olmo iki seçim arasındadır. Viral.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi İngiltərə təmsilçiləri “Mançester Siti” və “Mançester Yunayted”in diqqət mərkəzinə düşüb. Hər iki kollektiv oyunçunu azad agent kimi heyətlərinə qatmaqda maraqlıdırlar. Futbolçunun agenti artıq Mançester şəhərində bir neçə görüşlər keçirib. Qeyd edək ki, D.Olmo cari mövsüm “Barselona”nın heyətində 15 oyunda…

Ətraflı
photo 265083

Qazaxıstan ordusu “Bayraktar” alacaq

2024-cü ildə Qazaxıstan ordusu 100-dən çox döyüş maşını və təyyarəsini xidmətə qəbul edəcək. Viral.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat verib.  Qazaxıstan da Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrini almaq niyyətindədir. Əvvəlcə ordunun pilotsuz təyyarələrlə təchiz edilməsi, daha sonra isə Qazaxıstanda istehsalına başlanması planlaşdırılır. Qazaxıstanın müdafiə naziri Ruslan Caksilikov PUA-ların tədarükü məsələsini istehsal edən…

Ətraflı
photo 265067

Baş nazirdən bağça müəllimləri ilə bağlı QƏRAR

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib. Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Dəyişikliklə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri ilə yanaşı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi də altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparacaq və həmin təhsilverənlərin…

Ətraflı
photo 265065

Bu müsəlman ölkəsində üzünü tam örtən qadınlar CƏRİMƏLƏNƏCƏK

Qırğızıstan parlamenti üzünü örtən və vətəndaşların şəxsiyyətini müəyyən etməyə imkan verməyən paltar geyinməyə görə cərimənin tətbiqini dəstəkləyib. Viral.az xarici mediaya istinadla bildirir ki, bu paltarı ictimai yerlərdə geyinməyə görə, iş və rəsmi fəaliyyətlə əlaqəli geyimlər istisna olmaqla, 20 min som (təxminən 373 manat) cərimə edilir. Dini zəmində siyasi partiyaların yaradılması və dini tədris müəssisəsindən kənarda…

Ətraflı
photo 265059

Xocalıya növbəti köç bu tarixdə olacaq

Xocalı rayonunun Ballıca kəndinə ikinci köç olacaq. Viral.az xəbər verir ki, köç sabah – dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutacaq. Sabah Ballıca kəndinə 21 ailənin yəni 119 nəfərin köçürülməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər.  Böyük…

Ətraflı
photo 265056

Xalq artistindən təyyarə qəzası ilə bağlı paylaşım

Xalq artisti Tünzalə Ağayeva ötən gün baş verən dəhşətli təyyarə qəzası ilə bağlı paylaşım edib. Viral.az xəbər verir ki, müğənni, şəxsi “İnstagram” hesabında yayımladığı videoda başsağlığı verib. O, paylaşımında bu sözləri qeyd edib: “Dostlar, bir daha başımız sağ olsun. Təyyarə qəzasında həlak olan bacı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Özümə borc bildim “Azal” şirkətinin pilotlarına,…

Ətraflı