AZAL təyyarəsinin “qara qutu”larının yoxlanılması başa çatdırıldı
Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin “qara qutu”larının açılmasını başa çatdırıb. Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib. “İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, – onlar bildiriblər….