Çin və Pakistan birgə təlimlər keçirəcək
Çin və Pakistan silahlı qüvvələri birgə hərbi təlimlər keçirəcək. Viral.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Pakistanda baş tutacaq “Warrior-VIII” adlı təlimlər zamanı tərəflər çoxprofilli bölmələrin iştirakı ilə qarışıq manevrlər keçirəcək, həmçinin real döyüş prosesinə uyğun olan təlimlərdə iştirak edəcəklər. İndiyədək hər iki ölkənin hərbçiləri yeddi analoji təlim keçiriblər….