İçkili halda maşın sürüb vətəndaşı təhqir edən şəxs barəsində DİN-dən AÇIQLAMA

Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti 147 ünvanında xoşagəlməz baş verib. Viral.az avtosfer.az-a istinadən xəbər verir ki, 10-VA-969 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” markalı avtomobilin sərxoş sürücüsü sözügedən ərazidəki köşkə yaxınlaşaraq satıcıya qarşı qeyri-etik davranış sərgiləyib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, paytaxtın Yasamal rayonu ərazisində vətəndaşın təhqir və təhdidə…

Ətraflı

Ortaq əlifba türk xalqlarının arzuolunan inteqrasiyasını təmin edəcək

Türk dünyasında ortaq əlifbanın qəbulu ilə bağlı fəaliyyət ortaq dil və mədəniyyətlərimizin daha da yaxınlaşması baxımından olduqca mühüm layihədir. Ortaq əlifbanın mənimsənilməsi türk xalqları arasında əlaqəni gücləndirəcək və ortaq mədəni dəyərlərin qorunmasına xidmət edəcək. Bu, həm də SSRİ dağıldıqdan sonra müstəqilliyini qazanan və daima birliyimiz uğrunda mübarizə aparan türk xalqlarının arzuolunan inteqrasiyasını təmin edəcək. Ümumiyyətlə,…

Ətraflı

Formula 2 yarışının qalibi mükafatlandırıldı

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi mükafatlandırılıb. Viral.az xəbər verir ki, birinci yeri tutan “AIX Racing” komandasından Coşua Dürksenə kuboku Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov təqdim edib. “Dams Lucas Oil”dən Jak Kravford ikinci, “Preme Racing”dən Qabriele Mini üçüncü yeri tutub. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa…

Ətraflı

Müdafiə nazirinin müavini Çinə GETDİ

Azərbaycanın müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak etmək üçün Çinə işgüzar səfər edib. Bu barədə Viral.az–a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Azərbaycanın Çindəkı səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Sonra Azərbaycan…

Ətraflı

Nurlana Cəfərovaya vəzifə VERİLDİ

“Eurovision 2025” Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətində dəyişiklik edilib. Viral.az xəbər verir ki, aparıcı Nurlana Cəfərova mətbuat xidmətinin rəhbəri olub. Bu barədə “12 xal” “Instagram səhifəsi məlumat yayıb. Qeyd edilib ki, İlahə Dadaşovanın yerinə Nurlana Cəfərovanın təyin olunmasıdır. O da bildirilib ki, ötən il müsabiqənin şərhçisi kimi özünü sınayan Cəfərova bu dəfə təmsilçilərimizin tanıtımında xüsusi…

Ətraflı

“Formula-2” üzrə yarışda bolidlərdən birində yanğın OLDU

“Formula-2” üzrə Azərbaycan Qran-prisində “Rodin Motorsport” komandasının pilotu Rimoto Miyatanın idarə etdiyi boliddə yanğın olub. Viral.az xəbər verir ki, hadisə sprint yarışında avtomobilin səddə çırpılmasından sonra baş verib. Miyata mübarizəni dayandırıb. Qeyd edək ki. Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Ətraflı

Emin Mahmudov və Ramil Şeydayev “Neftçi”də bir araya gəldilər

“Neftçi” Premyer Liqanın 6-cı turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdirir. Viral.az xəbər verir ki, bugünkü məşq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Günün ilk yarısında baş tutan məşqdə əsas və U-21 milli komandalarımızın düşərgəsindən qayıdan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm…

Ətraflı

Rusiya ilə Ukrayna arasında 103 əsirin mübadiləsi baş tutdu

Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində sentyabrın 14-də 103 nəfər əsirin qarşılıqlı mübadiləsi baş tutub. Viral.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutan proses nəticəsində geri qaytarılan Rusiya hərbçilərinin hamısı vaxtilə Kursk ərazisində əsir götürülüb….

Ətraflı

Elnur Məmmədliyə yeni vəzifə verildi

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub. Viral.az xəbər verir ki, bundan başqa, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə sədr müavini, Gənclərin Maarifləndirilməsinə Dəstək İB-in sədri Aynurə Salmanlı isə Şuranın katibi seçilib. İclasın növbəti mərhələsində Şuranın reqlamenti və təsis edilməsi planlaşdırılan komitələrin…

Ətraflı

Elza Seyidcahan bu şeirə görə AYB-dən çıxarılır? – Anar DANIŞDI

Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahanın efirdə səsləndirdiyi “Tüpürüm sizin ağzınıza” adlı “şeiri” sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Viral.az xəbər verir ki, sözügedən şeirin efirdə səsləndirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və narazılıq doğurub. Hətta bunu E.Seyidcahanın insanları təhqir etməsi kimi dəyərləndirənlər də var. Əməkdar artist buna görə AYB-dən uzaqlaşdırıla bilərmi? Mövzu ilə bağlı…

Ətraflı

Bakıda sprint yarışı başladı – “Formula 2”

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb. Viral.az-ın məlumatına görə, mübarizəyə saat 14:15-də start verilib. Ötən gün “Formula 2″də sınaq yürüşündə “Van Amersfoort Racing”dən Entso Fittipaldi, sıralama turunda “Trident” komandasından Rixard Versxor birinci olublar. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Ətraflı

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Viral.az xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, F.Səttarova bu gün vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.

Ətraflı

Fatma Səttarova II Fəxri xiyabanda dəfn OLUNDU

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasimi keçirilib. Viral.az xəbər verir ki, Fatma Səttarovanın nəşi II Fəxri xiyabanda dəfn olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Əklil məzarın üstünə qoyulub. Qeyd edək ki, 102 yaşlı Fatma Səttarova bu…

Ətraflı

Erməni təxribatının qarşısı ALINDI

Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb. Bu barədə Viral.az Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni N’ourgh International du Film Amazigh – FINIFA) çərçivəsində erməni əsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik “All I need” filminin sentyabrın…

Ətraflı

Rusiya səfirliyi Fatma Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verdi

Rusiyanın Azərbaycandakı səfirliyi ictimai xadim, 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verib. Viral.az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib. “Həyatı əzmkarlıq və Vətənə sədaqət nümunəsinə çevrilmiş Fatma Hüseyn qızı Səttarovanın vəfatı xəbərini təəssüflə aldıq. O,…

Ətraflı

Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə GÖRÜŞDÜ

Sentyabrın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Viral.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və birgə səyləri ilə dövlətlərarası münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən…

Ətraflı

Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %,…

Ətraflı

Prezident başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib. Viral.az xəbər verir ki, başsağlığında deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının…

Ətraflı

Bu ölkə böyük daşqınlara HAZIRLAŞIR

Çexiyada mümkün böyük daşqınlarla mübarizəyə hazırlıq işləri başlayıb. Meteoroloqlar yaxın bir neçə gün ərzində ölkənin əksər hissəsində daşqınların ola biləcəyi barədə xəbərdarlıq ediblər. Viral.az xəbər verir ki, hakimiyyət orqanları güclü yağışlar nəticəsində çaylarda su səviyyəsinin xeyli artacağını gözləyir. Ən yüksək artım şənbə və bazar günlərinə təsadüf edəcək. Yüz minə yaxın peşəkar yanğınsöndürən və könüllü daşqınların…

Ətraflı