Astarada 3 nəfər BIÇAQLANDI

Astarada bıçaqlanma hadisəsi baş verib. Viral.az apa.az-a istinadla xəbər verir ki, rayon ərazisində 3 nəfərin bıçaqlandığı bildirilir. Məlumata görə, onlardan ikisi qardaşdır. Xəsarət alanlardan biri Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Digər iki nəfər Astara rayon mərkəzi xəstəxanasına aparılıb. Bıçaqlanan şəxslərdən biri 1990-cı il təvəllüdlü Ərçivan sakini Samir Etibar oğlu Mehdiyevdir. Fakt araşdırılır.

Ətraflı

Azərbaycan və Rusiya Su Ehtiyatları Agentliklərinin sədrləri görüşdülər

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Rusiya Federasiyasının Su Ehtiyatları Agentliyinin sədri Dmitriy Kirillov arasında yüksək səviyyəli ikitərəfli görüş keçirilib. Viral.az xəbər verir ki, görüşdə qlobal iqlim dəyişikliklərinin təsirləri, transsərhəd su ehtiyatlarının idarə olunmasında  tərəfdaşlığın vacibliyi, həmçinin Xəzər dənizindəki ekoloji problemlərin həlli ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.  Tərəflər regional…

Ətraflı

Deputat polislərin maaşının artırılmasını təklif ETDİ

“Polislərin maaşının artırılmasına ehtiyac var”. Viral.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.  Millət vəkili bildirib ki, Polis Akademiyasının məzunu 22 yaşından başlayaraq, 20 il də…

Ətraflı

Muxtar Babayev onu işdən ÇIXARDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Camalov Firqət Kərim oğlu vəzifəsindən azad edilib. Viral.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Muxtar Babayev müvafiq əmr imzalayıb. Digər əmrlə 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə Mirzəyev Oktay Səftər oğlu təyin olunub.

Ətraflı

Prezident onları hakim təyin etdi

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Viral.az xəbər verir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: Ağır cinayətlər məhkəmələri üzrə: Gəncə Ağır Cinayətlər Məhkəməsi İbişov İlkin İlqar oğlu Müslümov Bəhruz…

Ətraflı

Azərbaycana ən çox bu ölkələrdən turist gəlib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 2209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Viral.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,0 faizi İran,…

Ətraflı

Kərim Vəliyev Pakistana getdi – FOTO

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanda keçirilən “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün bu ölkəyə səfər edib. Müdafiə Nazirliyindən Viral.az-a verilən xəbərə görə, general-polkovnik K. Vəliyevin rəhbərlik etdiyi, Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçularının da…

Ətraflı

“Veteran pulu” 20-30 manat artırılsın!

“Veteran pulu” heç olmasa 20-30 manat qaldırılsın. Viral.az xəbər verir ki, bunu  Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.  “Biz 80 manatı o zaman onların kommunal xidmətlərinə uyğun olaraq vermişdik. Axı…

Ətraflı

Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki?

İpoteka kreditlərini güzəştli alanlar var. Viral.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Siyavuş Novruzov bildirib ki, bənna, dərzi,…

Ətraflı

Azərbaycanda ətraf mühitin mühafizəsi xərcləri ARTIRILIR

Azərbaycanda ətraf mühitin mühafizəsi xərcləri 2 dəfədən çox artırılır. Viral.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Sadiq…

Ətraflı

Bələdiyyələr büdcədən bu qədər vəsait alacaq

Azərbaycanda gələn il dövlət büdcəsindən bələdiyyələrə 13,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Viral.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib. Onun sözlərinə görə, bunun 7,5 milyon manatı bələdiyyələrin gəlir…

Ətraflı

Təhsil müəssisələrinə istilik daha tez verilsin

“Məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinə ehtiyac var”. Viral.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. “Respublikamızın bir sıra bölgələrində soyuqların daha tez düşməsi nəticəsində orta məktəblərin, məktəbəqədər təhsil…

Ətraflı

“Üstümüzə çətir çəkim..” – Elza yenə şeiri ilə gündəmə gəldi

Əməkdar artisti Elza Seyidcahan yeni “Dil” adlı şeirini təqdim edib. Viral.az olay.az-a istinadla xəbər verir ki, Yazıçılar Birliyinin üzvü (AYB) həmin şeiri “Günə bax” verilişində səsləndirib. Dilləri dillərdən uzun, dilləndirin dilləri… Oynadın, dartın, çıxardın, iyrənirəm atın, Yeri yalasın, yeri qanasın, dil-dil ötən ucu qınasın, Şeirin başın yaralamasın… Xatırladaq ki, bir müddət əvvəl Elza Seyidcahana “Tüpürüm sizin ağzınıza”…

Ətraflı

Elcanın efirdə “Niqulya” deməsi Nigarı özündən çıxardı

Əməkdar artist Nigar Şabanova efirdə əsəbiləşib.  Viral.az olay.az-a istinadla ki, hadisə sənətçinin qonaq olduğu “El canlı” verilişində baş verib. Belə ki, proqramın aparıcısı, aktyor Elcan Rəsulov müğənni Kəmalənin hər kəliməsində istifadə etdiyi və sosial şəbəkədə “viral” olan “Niqulya” deyərək Şabanovanın hal-əhvalını soruşub. Həmin kəlməni eşidən Nigarın üz ifadəsi 180 dərəcə dəyişib. O qəzəbli baxışları ilə Elcana…

Ətraflı

Nazir mənzillə təmin olunan şəhid ailəsi və qazilərin sayını AÇIQLADI

“Bu il 40 min şəxsə əlillik təyin olunub”.  Viral.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.  “Onun sözlərinə görə, bunun da…

Ətraflı

Bu il əlillik təyin edilən şəxslərin sayı AÇIQLANDI

“Bu il artıq 40 min şəxsə əlillik təyin olunub. Bunun yarısı ilkin əlillikdir”. Viral.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, reabilitasiya təyin olunan xəstələrdə…

Ətraflı

COP29-un 8 günü ərzində 332 minə yaxın sərnişin daşınıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi 8 gün ərzində 331 861 sərnişinə xidmət göstərilib. Bu barədə Viral.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, AYNA-nın təşkil etdiyi 18 Nəqliyyat Mübadilə Mərkəzindən ötən gün 45 minə yaxın sərnişin daşınıb. Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir. COP29-da iştirak edən…

Ətraflı

Emin Əmrullayev italiyalı həmkarıyla GÖRÜŞDÜ

Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İtaliyanın təhsil naziri Giuseppe Valditara ilə görüşüb. Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə…

Ətraflı

“Respublikanski” “köçürüldü”, xəstələr yollarda qaldı

Bakının əsas sağlamlıq ocaqlarından biri olan Respublika Klinik Xəstəxanasında gedən təmir işləri bir çox xəstənin rahatlığını pozub. Viral.az  xəbər verir ki, bu barədə oxu.az-a şikayət daxil olub. Qeyd olunub ki, xəstəxananda aparılan təmir işləri səbəbindən həkimlər Bilgəh qəsəbəsindəki xəstəxanaya köçürülüblər, bu isə xəstələr üçün böyük çətinliklər yaradıb. “Problem budur ki, yollarda qalmışıq. Hər hansı müayinədən keçmək…

Ətraflı

Rusiyada yenilənmiş nüvə doktrinası TƏSDİQLƏNDİ

Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib. Viral.az Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, o, bununla bağlı müvafiq fərman imzalayıb. Sənəddə qeyd olunub ki, Rusiyanın bu sahədə dövlət siyasəti müdafiə xarakteri daşıyır. Eyni zamanda vurğulanıb ki, hərbi koalisiya tərkibindən hər hansı dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü…

Ətraflı

Bu gün Beynəlxalq Kişilər Günüdür

Beynəlxalq Kişilər Günü hər il noyabrın 19-da qeyd olunan beynəlxalq bayramdır. Viral.az xəbər verir ki, 19 noyabr ilk dəfə 1999-cu ildə Trinidad və Tobaqoda qeyd olunub. Sonradan bu bayram Avstraliya, Karib hövzəsi, Şimali Amerika, Yaxın Şərq, Avropa və BMT-də dəstək tapıb. Beynəlxalq Kişilər Gününün yaradılmasının məqsədləri kişilərə qarşı gender ayrı-seçkiliyinə və gender bərabərsizliyi probleminə diqqəti…

Ətraflı