Bakıda məktəbdə OLAY: Şagird bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib. Viral.az xəbər verir ki, hadisə Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü(…

Ətraflı

Azərbaycanda 9 nəfəri ilan SANCIB

Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib. Mərkəzdən Viral.az–a bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənən şəxslərdir. Həmçinin, 6 nəfər allergik reaksiya, 1 nəfər isə anaflaksiya səbəbilə…

Ətraflı

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna yekun vurulub. Viral.az xəbər verir ki, ikinci oyun günündə daha 9 görüş baş tutub. Almaniyanın “Bavariya” klubu səfərdə İngiltərə təmsilçisi “Aston Villa” ilə qarşılaşıb. “Liverpul” doğma meydanda “Bolonya”nı qəbul edibsə, “Yuventus” səfərdə “Leyptsiq”in qonağı olub. UEFA Çempionlar Liqası Liqa mərhələsi II tur 2 oktyabr “Şaxtyor” (Ukrayna) – “Atalanta”…

Ətraflı

“Qarabağ” İsveç təmsilçisi ilə qarşılaşacaq

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Viral.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. UEFA Avropa Liqası Liqa mərhələsi II tur 3 oktyabr 20:45. “Qarabağ” – “Malmö” (İsveç) Baş hakim:…

Ətraflı

Soğanı belə yeyin – Faydasını artırır

Soğanın sağlamlığa faydaları çoxdur. Viral.az Medicina.az-a istinadən xəbər verir ki, həm çiy, həm də bişmiş halda tərkibindəki vitaminlər və antioksidanlar sayəsində immunitet sistemini gücləndirir və müxtəlif xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Soğanı çiy və ya yüngül bişmiş yemək daha faydalıdır. Çiy soğan xüsusilə kükürd birləşmələri və antioksidantlarla zəngindir ki, bu da immunitet sistemini gücləndirməyə kömək…

Ətraflı

Oktyabrda hansı tərəvəz və meyvələri YEMƏLİYİK?

Oktyabr ayı meyvə və tərəvəzlərin ən dadlı olduğu vaxtdır. Viral.az Medicina.az-a istinadən oktyabrda yeyə biləcəyiniz tərəvəz və meyvələri təqdim edir: Mövsümdə yeyilən qidalar daha dadlı olmaqla yanaşı, qida dəyəri baxımından da zəngin olur. Meyvələr Alma Oktyabr ayının ən məşhur meyvələrindən biri olan alma yüksək lif və zəngin vitamin tərkibi ilə immunitet sisteminizi gücləndirir. Armud Dadı…

Ətraflı

İsrail qərar qəbul etdi – İranı vuracaq

İsrailin Təhlükəsizlik Kabineti İrana qarşı cavab tədbirləri görmək barədə qərar qəbul edib. Viral.az xəbər verir ki, İsrail ABŞ ilə koordinasiyadan sonra İranın raket hücumlarına sərt cavab verilməsinə qərar verib. İsrailin “Kanal 12” televiziyasının məlumatında İsrailin İrandakı strateji bölgələri hədəf almağı planlaşdırdığı iddia edilib. Bəzi KİV-lər hücumun bu gecə həyata keçirilə biləcəyini irəli sürüb. Qeyd edək…

Ətraflı

Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə VERDİ

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva Ədliyyə Nazirliyini məhkəməyə verib. Viral.az xəbər verir ki, səbəb isə Bakı Oksford Məktəbinin binasının onun əlindən alınmasıdır. 54 yaşlı K.Əliyeva eyni şikayətdə Ədliyyə Nazirliyi ilə yanaşı, “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri, 3 ilə yaxındır həbsdə olan işadamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanı da cavabdeh…

Ətraflı

“Fənərbağça” – “Beşiktaş” oyunu yarımçıq DAYANDIRILDI

Türkiyədə “Fənərbağça” və “Beşiktaş” arasında keçirilən qadınlar arasında FIBA Superkubok matçı yarımçıq dayandırılıb. Viral.az xəbər verir ki, oyunun startından sonra azarkeşlər arenaya yandırıcı maddələr atmağa başlayıblar. Bu səbəbdən qarşılaşmanın baş hakimi görüşü yarımçıq saxlayıb və tərəfdarlar tribunadan təxliyə edilib. Sözügedən matç sabah yenidən keçiriləcək.

Ətraflı

Əhaliyə XƏBƏRDARLIQ: Sabah saat 10:00-dan gecə 00:00-a qədər…

Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. Viral.az bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir. Məlumata görə, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək. Suyun verilməsində fasilə xətlərdə aparılacaq təmir işləri ilə əlaqədardır.

Ətraflı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət BİLDİRDİ

Anklavlar mövzusu Azərbaycanla münasibətlərdə hər zaman olub və var. Ermənistan bu mövzudan imtina edə bilməz. Viral.az APA-ya istinadən  xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan müxalif deputat Qarnik Danielyanın Tiqranaşen kəndinin (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi-red.) Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə replikasına reaksiya verərkən…

Ətraflı

İran Prezidenti Qətər əmiri ilə GÖRÜŞƏCƏK

İran Prezidenti Məsud Pezeşkian Qətərdə rəsmi səfərdədir. Viral.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Bu, Pezeşkianın İran Prezidenti vəzifəsinə başladıqdan sonra ərəb ölkəsinə ilk səfəridir. Onun bu gün Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcəyi planlaşdırılır. Pezeşkianın oktyabrın 3-də Qətərdə Asiya Əməkdaşlıq Dialoqunun üçüncü sammitində iştirak edəcəyi gözlənilir. 2023-cü…

Ətraflı

Pensiyalar sürətlə arta bilər – AÇIQLAMA

Qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb. Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir? Viral.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar…

Ətraflı

70 yaşı keçən icra başçıları

Azərbaycanda pensiya yaşını çoxdan keçmiş və 70 yaşını tamamlamış icra başçılarının siyahısı yayılıb. Viral.az Konkret.az-a istinadla siyahını təqdim edir: 1. Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə – 77 yaş 2. Şuşa şəhərinin icra başçısı Bayram Səfərov – 73 yaş 3. Qobustan rayonunun icra başçısı Adil Məmmədov – 72 yaş 4. Xocalı rayonunun icra başçısı Şahmar…

Ətraflı

“Kəpəz” heyətini gücləndirdi

“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib. Viral.az xəbər verir ki, malili yarımmüdafiəçi Mahamadu Ba “Kəpəz”in şərəfini qoruyacaq. 25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, “Ərzurumspor”, “Adana Dəmirspor”, “İstanbulspor” və “Tuzlaspor” kimi komandalarda oynayıb. Ba “Ərzurumspor” və “İstanbulspor”un heyətində Türkiyə Super Liqasında çıxış edib.

Ətraflı

Azərbaycanlı ifaçı qəfil vəfat etdi – FOTO

Qarmon ifaçısı Vahid Məmmədov dünyasını dəyişib. Viral.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlamasında xanəndə Sabir Abdullayev məlumat verib. O, musiqiçinin qəfildən vəfat etdiyini bildirib: “Vahid Ağdamın ən gözəl musiqiçilərindən idi. Sənətkar idi. Bu sabah onun ağır xəbərinə sarsıldıq. Ağır xəbəri eşidəndə əvvəlcə inanmadım. Heç xəstəliyi də yox idi. Qəflətən dünyasını dəyişib. İndi sənət dostumuzu…

Ətraflı

İrəvanda Paşinyanın əleyhinə mitinq keçirilir

İrəvanın Respublika meydanında Ermənistan Baş nazir Nikol Paşinyanın əleyhinə mitinq keçirilir. Viral.az xəbər verir ki, mitinqə qiyamçı keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Onun liderlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının tərəfdarları Paşinyanın əleyhinə şüarlar səsləndiriblər. Qalstanyan bir müddət əvvəl Ermənistan vətəndaşlarını İrəvandakı mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb. Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının artıq…

Ətraflı