Azərbaycanın səfirliyi saxta video ilə bağlı tədbir görəcək

Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı yayılan videomüraciət həqiqəti əks etdirmir. Bu video ilə bağlı tədbir görüləcək.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik missiyasından məlumat verilib.   “Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət…

Ətraflı

İki universitetin rektoru tələbələrlə görüşüb

İyulun 15-dən etibarən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Lənkəran Dövlət Universiteti (LDU) tələbələri üçün Lənkəran şəhərində təşkil olunan “Yay məktəbi” öz işini davam etdirir.   Viral.az xəbər verir ki, “Yay məktəbi”nin üçüncü günündə Bakı Sılaviyan Universitetin (BSU) rektoru Anar Nağıyev və LDU-nun rektoru Natiq İbrahimov tələbələrlə görüş keçirib. Görüş zamanı rektorlar iki universitet…

Ətraflı

Sabah bu ərazidə qaz təchizatı dayandırılacaq

Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Bu barədə Viral.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.   Bildirilib ki, iyulun 18-də saat 10:00-dan etibarən Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən orta təzyiqli qaz kəmərində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı yüksək təzyiqli magistral qaz kəməri üzərində quraşdırılmış “Qaraçuxur əhali”…

Ətraflı

Toivo Klaarı o əvəz edəcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi Maqdalena Qronon olacaq.   Viral.az xəbər verir ki, bu barədə Çexiyanın Aİ yanında daimi nümayəndəliyindən məlumat verilib.   Bu barədə Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsi qərar verib.   Beləliklə, Maqdalena Qrono 2017-ci ildən bu vəzifəni tutan Toivo Klaarı əvəz edəcək.   Qrononun namizədliyinin tezliklə Aİ…

Ətraflı

Hərbi cinayətlərin statistikası AÇIQLANDI

Bu ilin 6 ayı ərzində qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 28,2, hərbi xidmət əleyhinə olan cinayətlər 25,2, qeyri-hərbi cinayətlər isə 31,2 faiz azalıb. Viral.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda geniş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında qeydə alınmış qəsdən…

Ətraflı

İyul ayının pensiya ödənişi YEKUNLAŞDI

Azərbaycanda iyul ayının pensiya ödənişini yekunlaşıb. Viral.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə Azərbaycanın bölgələrində yaşayan şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Ətraflı

Olaf Şolts Serbiya Prezidenti ilə danışıqlar aparacaq

Almaniya kansleri Olaf Şolts iyulun 19-da Belqradda Serbiya prezidenti Aleksandr Vuçiç ilə danışıqlar aparacaq. Viral.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib. “Tərəflər ikitərəfli məsələləri, o cümlədən beynəlxalq və Avropa siyasətinin mövzularını müzakirə edəcəklər”, – o qeyd edib. O, əlavə edib ki, Şolts Aİ və Serbiya nümayəndələrinin görüşündə də iştirak edəcək…

Ətraflı

Hüquq sahəsi üzrə alim və tədqiqatçıların vahid məlumat bazası YARADILDI

Hüquq və İnsan Haqları İnstitutu hüquq elmi sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların yazdıqları əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər məlumatları əks etdirən vahid elektron məlumat bazasını istifadəyə verib. Viral.az quruma istinadən xəbər verir ki, bu bazanın köməyi ilə istifadəçilər hüquqşünas alimlərin beynəlxalq göstəriciləri, ixtisaslaşdığı sahələri, elmi əsərləri və tədris etdiyi fənlər haqqında məlumat…

Ətraflı

Fəzail Ağamalı da deputat olmaqdan imtina etdi

Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər. Viral.az xəbər verir ki, lent.az-a açıqlama verən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib: “Bu il iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə…

Ətraflı

Artıq şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə EHTİYAC QALMAYACAQ

Azərbaycanda dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Viral.az-a verilən məlumata görə, bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq. Belə ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi…

Ətraflı

Bu məşhurlar deputat olmaq istəmədilər

Ümid Partiyasının sədri İqbal Ağazadə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Viral.az APA-ya istinadən xəbər verir ki, bu barədə İqbal Ağazadə özü bildirib. O deyib ki, rəhbərlik etdiyi partiyanın İdarə Heyəti namizədlərin siyahısını hazırlayıb müvafiq qaydada təqdim etsə də, onun bu dəfə keçiriləcək seçkilərdə iştirak etməsinə ehtiyac görməyib: “Ümid Partiyasının növbədənkənar parlament seçkilərində iştirak…

Ətraflı

Sürücülərin NƏZƏRİNƏ! – Bu prospekt BAĞLANDI

Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar bu gün Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə Viral.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, məhdudiyyətlə əlaqədar 29, 39, 96 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nazim Hikmət küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi, Əbdürrəhim…

Ətraflı

SOCAR təqaüd proqramına qəbul ELAN ETDİ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti ilə əməkdaşlıq çərçivəsində Zonguldak Bülent Ecevit Universitetinin (ZBEU) nəzdində fəaliyyət göstərən Çaycuma peşə məktəbinə “Offshore Subsea Operations Technology” (Dənizdə sudibi əməliyyatların texnologiyası) və “Offshore Drilling Technology” (Dənizdə qazma texnologiyası) ixtisasları üzrə təqaüd proqramına qəbul elan edir. Viral.az SOCAR-a istinadən xəbər verir ki, 2 illik peşə təhsili…

Ətraflı

Qazaxıstanda keçirilən təlim BAŞA ÇATDI

Qazaxıstanda keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi başa çatıb. Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Tacikistan hərbi rəhbərliyi Xəzər dənizinin akvatoriyasının Tokmak burnuna gələrək təlimin sonuncu taktiki epizodunu izləyib. Təlim iştirakçıları Xəzər dənizinin sahilyanı sahəsinin akvatoriyasında qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə…

Ətraflı

AZAL Füzuliyə uçuşlara başlayır

Bu gündən “Azərbaycan Hava Yolları” QSC Bakıdan Füzuliyə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır. Viral.az AZAL-a istinadən xəbər verir ki, uçuşlar çərşənbə və şənbə günləri Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən həyata keçiriləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən biletlərin qiyməti bir tərəfə 78 manat təyin edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü…

Ətraflı

Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri keçiriləcək

17-19 iyul tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində növbəti Vaqif Poeziya Günləri keçiriləcək. Viral.az xəbər verir ki, poeziya bayramına rəsmilər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, habelə AYB-nin 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçılar qatılacaqlar. Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında,…

Ətraflı

Bəzi avtobusların marşrut xətti üzrə hərəkəti DƏYİŞDİRİLİR

Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə Viral.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Tətbiq edilən məhdudiyyətlə əlaqədar 29, 39, 96 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nazim Hikmət küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Mikayıl Müşfiq küçəsi…

Ətraflı

Bakıda məşhur klinikanın girişinə KİLİD VURULDU

Bakıda fəaliyyət göstərən özəl klinikalarından biri – “Reo-Med” klinikasının girişinə kilid vurulub. Viral.az-ın məlumatına görə, bir neçə gündür klinikanın fəaliyyətini dayandırdığı iddia edilir. Bu barədə yaxınlıqda yaşayan vətəndaşlar məlumat verib. Qeyd edək ki, 29 yaşlı qadın iyunun 11-də əməliyyat üçün “Reo-Med” klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə “Reo-Med”…

Ətraflı

Prezident Səbuhi Mehdizadəyə yüksək VƏZİFƏ VERDİ – FOTO

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin edilməsi haqqında sərəncam imzalayıb. Viral.az xəbər verir ki, bu vəzifə indiyə qədər xüsusi nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan Səbuhi Mehdizadəyə həvalə olunub. O, bu qurumdan əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, İqtisadiyyat Nazirliyinə məxsus…

Ətraflı

Ağalar Vəliyev bu dairədən namizəd oldu

Altıncı çağırış Milli Məclisin deputatı Ağalar Vəliyevin seçki dairəsi dəyişib. Viral.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) onun deputatlığa namizədliyini bu dəfə 57 saylı Xaçmaz şəhər dairəsindən irəli sürüb. Xatırladaq ki, Ağalar Vəliyev ötən parlament seçkisində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilib. (redaktor.az)  

Ətraflı