Polşa NATO zəmanəti olmadan “MiQ-29”u Ukraynaya vermək İSTƏMİR

Polşa NATO-dan ölkə səmasının qorunması üçün zəmanət almadan Ukraynaya “MiQ-29” qırıcılarını ötürməyəcək. Viral.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda bəyan edib. “NATO-nun hava məkanının mühafizəsinə mütləq zəmanətimiz olmayana qədər biz təyyarələrimizi təhvil verə bilməyəcəyik, çünki burada təhlükəsizliyi təmin etmək üçün onlara ehtiyacımız var”, – Duda bildirib.

Ətraflı

Paris prokurorları Marin Le Penin həbs edilməsini tələb ETDİLƏR

Fransada Paris prokurorluğu “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin analoji müddətə səsvermə hüququnun itirilməsini tələb edib. Viral.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Prokurorluq iddia edib ki, Le Pen və onun tərəfdaşları Avropa Parlamentində saxta deputat köməkçiləri işə götürüblər. 2027-ci ildə Fransa prezidentliyinə…

Ətraflı

10 milyon insan Bakıya gələcək? – VİDEO

Azərbaycanın əhalisi təxminən 10 milyon nəfərdir. Digər tərəfdən, Bakı 2,130 kvadrat kilometr ərazisi olan böyük şəhərdir. İndi bu ərazini Azərbaycanın bütün əhalisi üçün nəzərə alsaq, hər kvadrat kilometrə nə qədər insan düşərdi və bu sıxlıq şəhər həyatını necə dəyişərdi? Hesablayıb nəticələri birgə görək. Viral.az mövzu ilə bağlı ətraflı videonu təqdim edir:

Ətraflı

Dünyanın ən yaşlı futbolçusu yeni klubu ilə müqavilə BAĞLAYACAQ

Dünyanın ən yaşlı oyunçusu olan yaponiyalı Kadzuesi Miura futbolçu karyerasının 40-cı ilində yeni klubla müqavilə bağlayacaq. Viral.az xəbər verir ki, 57 yaşlı hücumçu yeni mövsümdən etibarən ölkəsinin “Atletico Suzuka” kollektivinin formasını geyinəcək. 1990-cı ildən 2000-ci ilə qədər yığmanın şərəfini qoruyan K.Miura 55 qola imza atıb. O, İtaliya, Xorvatiya , Avstraliya və Portuqaliya klublarında da forma…

Ətraflı

Trampın dörd əsas məsləhətçisinin adı AÇIQLANDI

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ağ Evdə dörd əsas məsləhətçisinin adı açıqlanıb. Viral.az xəbər verir ki, bu barədə seçilmiş prezidentin keçid komandasının yaydığı bəyanatında deyilir. Trampın ən uzunmüddətli, etibarlı müttəfiqlərindən biri və onun yenidən seçki kampaniyasında baş məsləhətçi olan Den Skavino prezidentin köməkçisi və Ağ Ev aparat rəhbərinin müavini olacaq. Stiven Miller isə prezidentin…

Ətraflı

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi VƏFAT ETDİ

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib. Viral.az xəbər verir ki, S.Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürəktutmasından vəfat edib. Xatırladaq ki. S.Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə…

Ətraflı

Con Tun ABŞ Senatında respublikaçı çoxluğun lideri seçilib

Senator Con Tun ABŞ Konqresinin yuxarı palatasında Respublikaçılar çoxluğun lideri seçilib. Viral.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Respublikaçı senatorların səsverməsi bağlı qapılar arxasında keçirilib. Qeyd olunub ki, 53 səsdən ən azı 27 səs toplayan Tun ABŞ qanunverici orqanının yuxarı palatasındakı Respublikaçılar fraksiyasının hazırkı lideri, 2025-ci ilin yanvarında vəzifəsini tərk edəcək…

Ətraflı

Bayramov BMT baş direktoru ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Poupla görüşüb. Bu barədə Viral.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə, Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 sədrliyimiz çərçivəsində tərəfdaşlıq…

Ətraflı

Ukrayna Rusiya ilə cəbhədə məğlub olur

“Ukrayna hazırda Rusiya ilə cəbhədə məğlub olur”. Viral.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Varşavada keçirdiyi mətbuat konfransında deyib. “İndi bütün qış boyu və lazım gələrsə, uzunmüddətli perspektivdə biz Ukraynaya hərbi yardım axının davam etdiyinə əmin olmalıyıq. Onda biz Kiyevi ərazi itirdiyi mövqedən cəbhəni sabitləşdirmək və sonra ərazisini bərpa etmək mövqeyinə keçirə…

Ətraflı

COP29-un Yaşıl Zonasında “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyası keçirildi

Bakıda keçirilməkdə olan COP29 konfransının üçüncü günündə Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir. Viral.az xəbər verir ki, 13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un rəsmi logistika üzrə tərəfdaşı olan “Rhenus” şirkəti tərəfindən birgə panel sessiya təşkil edilib. “İqlim ədaləti və bərabərlik” mövzusunda sessiyada iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində şirkətlərin əhəmiyyətli…

Ətraflı

BMT TŞ Yəmənə qarşı sanksiyaları bir il müddətinə UZATDI

BMT Təhlükəsizlik Şurası (TŞ) Yəmənə qarşı sanksiyalar rejiminin bir il müddətinə uzadılmasını nəzərdə tutan qətnamə layihəsini təsdiqləyib. Viral.az xəbər verir ki, Böyük Britaniyanın hazırladığı sənəd yekdilliklə qəbul edilib. Qətnamə 34 bənddən ibarətdir. Sənədə əsasən, onun qəbul edildiyi tarixdən ilkin olaraq bir illik dövr ərzində bütün üzv dövlətlər onların ərazisində yerləşən və sanksiya komitəsi tərəfindən müəyyən…

Ətraflı

Kurskda Ukrayna hərbçilərinin mövqeyi VURULDU

Rusiyanın Su-34 təyyarəsi Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna hərbçilərinin cəmləşdiyi ərazini bombalayıb. Viral.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Su-35S qırıcısının müşayiəti ilə Su-34 təyyarəsi yerli aerodromdan havaya qalxaraq, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi əraziyə zərbələr endirib. Ukrayna hərbçilərinin itkiləri barədə məlumat verilməyib.

Ətraflı

Bu rayonun bir hissəsində elektrik enerjisi KƏSİLƏCƏK

Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Viral.az xəbər verir ki, Ordubad Rayon Elektrik Şəbəkəsi tərəfindən Biləv Su Elektrik Stansiyasından qidalanan 35 kilovoltluq Biləv hava elektrik verilişi xətti aparılacaq ağac budama işləri ilə əlaqədar sifarişə əsasən açılacaq. Bununla əlaqədar rayonun Biləv, Behrud, Parağa,Tivi, Bist, Ələhi, Xurs, Nurgüt və Nəsirvaz kəndlərində sabah saat 10:30-dan…

Ətraflı

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb. Viral.az xəbər verir ki, Yunanıstanın Baş naziri COP29-un qısa müddət ərzində yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təbriklərini çatdırdı. Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, Bakı…

Ətraflı

Leyla Əliyeva “AzərEnerji” və “Azərişıq” ASC-lərin pavlyonuna da baxdı

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva COP29 çərçivəsində “yaşıl zona“ya baxış keçirən zaman “AzərEnerji” və “Azərişıq” ASC-lərin pavlyonunu ziyarət edib. Viral.az xəbər verir ki, Leyla Əliyeva burada həm qonaqalar, həm də “Azərişıq” və “AzərEnerji”nin əməkdaşları ilə söhbətlər edib, quraşdırılan maketlərə və digər təqdimat materiallarına baxıb.

Ətraflı

İrimiqyaslı nüvə enerjisi layihələrinə dəstək siyasətimizə uyğun deyil

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) özəl sektora istiqamətlənmiş bank olduğu üçün irimiqyaslı nüvə enerjisi layihələrinə çox zaman dəstək göstərmir. Viral.az xəbər verir ki, bunu EBRD-nin Siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının…

Ətraflı

Qreta Tunberq iqlim məsələlərinin müzakirəsi üçün yer seçimindən heç nə anlamır

2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibi kimi Azərbaycanın seçilməsi tamamilə əsaslıdır, çünki iqlim məsələləri məhz neft hasil edən ölkələrdə müzakirə olunmalıdır. Viral.az xəbər verir ki, bunu Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov COP29 çərçivəsində çıxışı zamanı deyib. Daha əvvəl bildirilmişdi ki, isveçli…

Ətraflı

UNICEF və ÜST uşaqların sağlamlığı naminə təcili tədbirlərlə bağlı çağırış etdi

UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COP29 konfransı çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizə tədbirləri üzrə sağlamlıq arqumenti” adlı birgə tədbir təşkil edib. Bu barədə Viral.az UNICEF-in “X” sosial şəbəkəsindəki səhifəsinə istinadən məlumat verib. Müzakirələrdə İspaniyanın Baş naziri Pedro Sançes də iştirak edib. “Tərəqqiyə təhlükə: iqlim dəyişikliyinin uşaqların sağlamlığına və rifahına təsirinə qarşı mübarizə” adlı hesabat təqdim…

Ətraflı