2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibi kimi Azərbaycanın seçilməsi tamamilə əsaslıdır, çünki iqlim məsələləri məhz neft hasil edən ölkələrdə müzakirə olunmalıdır.
Viral.az xəbər verir ki, bunu Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov COP29 çərçivəsində çıxışı zamanı deyib.
Daha əvvəl bildirilmişdi ki, isveçli ekofəal Qreta Tunberq və Qafqaz Feminist Antimüharibə Hərəkatı Tbilisinin mərkəzində COP29-a qarşı etiraz aksiyası keçirib.
Son Yazılar:
- Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı VERDİ
- Azərbaycanda ingilis dilini nə qədər adam bilir?
- Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
“Qreta Tunberq iqlim məsələlərini müzakirə etmək üçün yer seçimi ilə bağlı heç nə anlamır. Qreta iqtisadiyyatdan uzaqdır, ona görə də o, ehtiyaclar və imkanların real tarazlığını lazımi səviyyədə qiymətləndirmir. Fosil ehtiyatları uzun müddət öz qlobal rolunu oynayacaq və elə indi nəyin bahasına olursa olsun, onlardan imtina etmək, yumşaq desək, effektiv deyil. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin neftlə bağlı ölkəyə ünvanlanan tənqidlərdən təəccüblənməsi ilə tam razıyam. Bu, həqiqətən təbiətin hədiyyəsidir”, – o deyib.