UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COP29 konfransı çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizə tədbirləri üzrə sağlamlıq arqumenti” adlı birgə tədbir təşkil edib.
Bu barədə Viral.az UNICEF-in “X” sosial şəbəkəsindəki səhifəsinə istinadən məlumat verib.
Müzakirələrdə İspaniyanın Baş naziri Pedro Sançes də iştirak edib.
Son Yazılar:
- Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
- Kim Çen In Rusiyaya səfər edə BİLƏR
- Yüksək vəzifə verilən Gülməmmədov onun qardaşı imiş
“Tərəqqiyə təhlükə: iqlim dəyişikliyinin uşaqların sağlamlığına və rifahına təsirinə qarşı mübarizə” adlı hesabat təqdim edilib. Hesabatda təcili tədbirlərin görülməsinin vacibliyi vurğulanır.
UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden uşaqların iqlim böhranı qarşısında xüsusi həssaslığını qeyd edərək təxirəsalınmaz tədbirlərin görülməsinə çağırıb.