İran Rusiya qazını öz ərazisi ilə nəql etməyə maraqlıdır

İran Rusiya Federasiyası ilə işləməkdə və Rusiya qazını öz ərazisi ilə nəql etməkdə maraqlıdır. Viral.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu İran İslam Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali deyib. “Biz Rusiya Federasiyası ilə işləməkdə çox maraqlıyıq, Rusiya qazını İran ərazisi ilə nəql etməyə hazırıq”, – səfir qeyd edib.

Ətraflı

Tələbələr bu tarixdə Xankəndiyə APARILACAQ

“15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük”.  Viral.az xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib. Ş.Bayramov qeyd edib ki, bütün universitet heyəti tələbələrimizə bu prosesin daha rahat keçməsi üçün lazımi dəstəyi göstərəcək.

Ətraflı

Türkiyənin Azərbaycandakı səfirliyinin üç əməkdaşının vəzifə müddəti başa ÇATDI

Türkiyənin Azərbaycandakı səfirliyinin üç diplomatının vəzifə müddəti başa çatıb. Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, A. Gencehan Babiş, Solmaz Abılyondlu ve Nigar Oruçlu Saygının vəzifə müddətləri başa çatıb. Bu münasibətlə səfir Cahit Bağçı onları qəbul edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Ətraflı

Putin Pezeşkiana dəvət göndərdi

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkiana BRİKS sammitində iştirak etmək üçün rəsmi dəvət göndərib. Viral.az xəbər verir ki, bu sözləri İranın Moskvadakı səfiri Kazım Cəlali deyib. Səfir bildirib ki, BRİKS sammiti çərçivəsində İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi imzalanması ehtimalı var. Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazan şəhərində keçiriləcək.

Ətraflı

Dəniz suyunun temperaturu neçə dərəcə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, avqustun 18-də Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 25-26° isti olacaq. Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Ətraflı

“İran Rusiya qazının tranzitində maraqlıdır”

İran Rusiya qazının tranzitində maraqlıdır. Viral.az xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib. “Bilirsiniz ki, artıq Rusiyanın investisiya yatırdığı və işlədiyi beş yataq var. Təbii qazla bağlı deyə bilərəm ki, İranın cənubunda iki yataq var və biz Rusiya Federasiyası ilə işləməkdə maraqlıyıq”, – o Həştərxanda jurnalistlərə bildirib. K.Cəlalinin sözlərinə görə,…

Ətraflı

Evə basqın edib, qadını YARALADILAR

Bakıda evə basqın edilib. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 16-da gecə saat iki radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan iki qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri…

Ətraflı

“Ukraynaya hərbi yardım məhdudlaşdırılmalıdır”

“Almaniya Ukraynaya hərbi yardımı məhdudlaşdırmalıdır, çünki cari büdcə planına əsasən, hazırda bu məqsədlər üçün yeni maliyyə vəsaitləri yoxdur”. Viral.az xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindnerin müdafiə naziri Boris Pistorius və XİN rəhbəri Annalena Berboka ünvanladığı məktuba istinadən “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yayıb.  Qəzet yazır ki, buna səbəb Federal Kansler Qurumu və…

Ətraflı

PSJ komandasına futbolçu transfer ETDİ

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib. Viral.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Renn”dən Dezire Due transfer olunub. Hazırkı ölkə çempionu 19 yaşlı yarımmüdafiəçi ilə beşillik müqavilə imzalayıb. Qeyd edək ki, fransalı oyunçu ötən mövsüm Liqa 1-də 31 matça çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda…

Ətraflı

Söndürülməmiş siqaret kötüyü faciəyə səbəb OLDU

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib. Viral.az xəbər verir ki, rayon sakini Yakolyev Yuriy Fyodoroviç evdə tüstüdən boğularaq vəfat edib. Belə ki, o, evdə tək olarkən söndürülməmiş siqaret kötüyü otağın kiçik hissəsində tüstülənməyə səbəb olub. Nəticədə Y.Yakolyev tüstüdən boğularaq ölüb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı

Meksika COP29-da iştirak EDƏCƏK

Meksika iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlığı təşviq etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək. Viral.az xəbər verir ki, bu barədə Meksikanın xarici işlər nazirinin çoxtərəfli məsələlər və insan haqları üzrə müavini Hoel Ernandes “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, o, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovla görüşüb:…

Ətraflı

Bakıda əl qumbarası ZƏRƏRSİZLƏŞDİRİLDİ

Bakıda əl qumbarası zərərsizləşdirilib. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin mətbuat xidmətlərindən birgə məlumat daxil olub. Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Rizayev Nurlan Əlirza oğluna məxsus 1 ədəd “M-75” markalı əl qumbarası, 1 ədəd partladıcı, 18 ədəd 7,62 mm avtomat…

Ətraflı

Hələ də su verilməyən ərazilərlə bağlı AÇIQLAMA

Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərəzilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir. Viral.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir. Artıq 80 faiz ərazi içməli su ilə…

Ətraflı

Prezident hərbçiləri təltif etdi – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Viral.az-ın xəbərinə görə, Sərəncamla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə DSX-nin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 3-cü dərəcəli “Rəşadət” ordeni ilə Abdullayev Cavid Mirhəmzə…

Ətraflı

“Qarabağ” yeni transferini ÇL-in pley-offunda OYNADACAQ

“Qarabağ” yeni qapıçısı Mateuş Koxalskini UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil edib. Viral.az xəbər verir ki, 24 yaşlı qolkiper Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə görüşlərdə iştirak edə biləcək. Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

Ətraflı

İlham Əliyev şəhid hərbçiləri təltif ETDİ

Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib. Viral.az xəbər verir ki, dövlət başçısı Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlunu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və…

Ətraflı

Prezident 3 polkovnikə “general-mayor” ali hərbi rütbəsi VERDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında” Sərəncam imzalayıb. Viral.az xəbər verir ki, Sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib: polkovnik Bəhmən Rza oğlu Babayevə polkovnik Əyyub Vəli oğlu Məmmədova polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.

Ətraflı

Prezident indoneziyalı həmkarını təbrik ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb. Viral.az məktubun mətnini təqdim edir: “İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz…

Ətraflı
Xəbərləri WhatsApp kanalımızdan oxu