Bu ölkənin başçısının gözü, baxışı sanki hər bir daşın, cığırın, evin, bulağın üzərindədir
Millət vəkili Fazil Mustafa Şuşadan paylaşım edib. Viral.az xəbər verir ki, o, feysbukda yazdığı postda Şuşadakı yeniliklərdən heyrətləndiyini bildirib. “Şuşada bir il öncə olmuşdum. Bu qədər sürətli dəyişikliklər heyrətləndirdi məni. Gecəli-gündüzlü iş gedir, şəhər yenidən tikilir, binaların çoxusu bərpa olur. Əsas odur ki, qaynayan-coşan canlı həyat var burada. Xankəndi, Xocalı, Əsgəran, Ağdam… Nəhəng masşatabda işlər…