Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin dekabrın 27-də MDB-yə üzv dövlətlərin səfirləri ilə görüş keçirib.
Viral.az xəbər verir ki, tədbirdə Azərbaycanı səfir Əlimirzəmin Əskərov təmsil edib.
Görüşün əsas mövzusu 2024-cü ildə əməkdaşlığın yekunları və qarşıdakı dövr üçün planlar olub.
Son Yazılar:
- Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri AÇIQLANDI
- Əli Əsədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə GÖRÜŞDÜ
- Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağır
Nazir MDB ölkələri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini bildirib. S.Muhriddin vurğulayıb ki, bu,Tacikistanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Tərəflər, həmçinin MDB çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişafı və mədəni əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.