AŞPA-ya parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilməyib

Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilən beynəlxalq qurumlar siyahısında Avropa Şurası Parlament Assambleyası yoxdur. Viral.az xəbər verir ki, bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. O qeyd edib ki, Xarici İşlər Nazirliyi 7 beynəlxalq təşkilatı dəvət edib: “ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Müstəqil Dövlətlər…

Ətraflı

Bu siqaretlər 2 manat BAHALAŞACAQ

“Məlum olduğu kimi, ölkədə siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb. Aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir. Sözsüz ki, qiymət artımı olacaq. Lakin siqaret məhsullarında vergi min ədədə hesablandığından hər ədədə düşən artım da cüzi olur. Buna görə də, siqaretшт qiymətində ciddi artım gözlənilirmir. Lakin elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 manata yüksəldilib ki,…

Ətraflı

Baş Prokurorluğun üç yüksək vəzifəli əməkdaşı işdən ÇIXARILDI

Baş Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış üç əməkdaşı təqaüdə göndərilib. Baş Prokurorluqdan Viral.az-a verilən məlumata görə, qurumun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Maqsudov Rövşən Abid oğlu, Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri – böyük prokuror Əliyev Akif…

Ətraflı

Azərbaycanda dekan müavini tikintidə yıxılaraq faciəvi şəkildə öldü

AzMİU-nun müəllimi F.Quliyev faciəvi şəkildə dünyasını dəyişib. Viral.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib. Hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq…

Ətraflı

Prezident bu fondun gəlir və xərclərini ARTIRDI

İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlir və xərcləri artırılıb. Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 811 428…

Ətraflı

İlham Əliyev fərman İMZALADI

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilib. Viral.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Əsasnamə Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin 2023-cü il 17 noyabr…

Ətraflı

İlon Maskdan Kamala Harrislə bağlı ilginc PAYLAŞIM

“ABŞ-ın vitse-prezidenti Kamala Harrisin müdafiə etdiyi fəlsəfə bəşəriyyətin məhv edilməsini nəzərdə tutur”. Viral.az xəbər verir ki, bu barədə amerikalı sahibkar, multimilyarder İlon Mask “X” sosial şəbəkəsində yazıb. Mask Harrisin ötən ilin sentyabrında Pensilvaniya ştatında keçirilən tədbirdə açıqlamasını şərh edib. Vitse-prezident gənc ABŞ vətəndaşlarının iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarından danışıb. O qeyd edib ki, bu qlobal problem…

Ətraflı

Zahid Orucun namizədliyi rəsmən qeydə alındı

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyini 33 saylı Xətai 1-ci seçki dairəsindən irəli sürən Zahid Orucun namizədliyi rəsmən qeydə alındı. Dairə Seçki Komissiyasının 28 iyul tarixli iclasında səlahiyyətli nümayəndələrin və müşahidəçilərin iştirakı ilə təqdim olunan 500 imzanın yoxlanılması şəffaf qaydada, hər bir iştirakçının şahidliyi və qanuni tələbləri izləyə bilməsi şəraitində…

Ətraflı

Kəmaləddin Heydərov məşhur polkovniki işdən çıxardı

Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi baş tutub.  Viral.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.  Qeyd edək ki, Rza Xudiyev Fövqəladə Hallar Nazirliyinin məşhur polkovniklərindən biridir…

Ətraflı

İlham Əliyev Maduronu təbrik etdi

Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, məktub mətnində deyilir: “Hörmətli cənab Prezident, Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan-Venesuela münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrinin, həm ikitərəfli, həm də…

Ətraflı

Beş nəfərlik ailə vəhşicəsinə qətlə yetirildi

Özbəkistanda dəhşətli qətl hadisəsi baş verib. Daşkənd vilayətində naməlum şəxs üçü azyaşlı uşaq olmaqla beş ailə üzvünü qətlə yetirib. Viral.az musavat.com-a istinadla xəbər verir ki, cinayətkar evi yandıraraq yoxa çıxıb. Bildirilir ki, evdə 3-ü uşaq olmaqla 5 nəfərin yanmış meyidi tapılıb. Baş Prokurorluqdan verilən məlumata görə, iyulun 26-da saat 06:19-da rayon Fövqəladə Hallar İdarəsinə Yeniyul…

Ətraflı

Polşa Ukraynaya 50 milyon avro ayırdı

Polşa Çexiyanın Ukrayna üçün artilleriya sursatının alınması təşəbbüsünə töhfə olaraq 50 milyon avro ayırıb. Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski “Visegrad Insight” jurnalına müsahibəsində bildirib. “Biz Çexiyanın 50 milyon avro ayırdığımız sursat təşəbbüsünü yüksək qiymətləndiririk”, – o qeyd edib.

Ətraflı

Türkiyədə ali hərbi təhsil almaq istəyənlərin nəzərinə!

Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir. Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tələblərə cavab verən namizədlər cari ilin 2 avqust tarixinədək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər. Tələblər…

Ətraflı

Maşın al, AQTA-ya işə düzəlt…

Azərbaycanda iş adamı qardaşı oğlu tərəfindən şantaj olunduğu üçün polisə şikayət edib.  Viral.az xəbər verir ki, şantaja məruz qalan iş adamı əslən Yardımlı rayonundan olsa da, Biləsuvar rayonun Əsgərabad kəndində qeydiyyatda olan Fizuli Qarayevdir.  Fizuli Qarayev rayonda xeyriyyəçi iş adamı kimi tanınır və YAP-ın rayon ərazi təşkilat komitəsinin sədridir.  Belə ki, iş adamının Seyidhəsən adlı…

Ətraflı

Azərbaycan və Fransa səfirləri mübahisə etdilər: “Ermənilər “yaxşı oğlanlar” olsalar…”

Xəbər verdiyimiz kimi, Parisdə keçirilən Yay Olimpiadasının açılış mərasimində Fransanın dövlətə məxsus “France2” telekanalının aparıcısı Loran Delausun milli komandaların keçidi zamanı səsləndirdiyi fikirlər böyük qalamaqala səbəb olub. Viral.az xəbər verir ki, fransız teleaparıcı Azərbaycan və Ermənistan idmançılarının keçidi zamanı ayrı-seçkilik edib, Azərbaycanı Ermənistanla hərbi toqquşmalarda günahlandırıb. Erməni idmançılar paraddan keçərkən, o deyib: “Və təbii ki,…

Ətraflı

Putin XİN başçısının birinci müavinini işdən çıxardı

Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin birinci müavini Vladimir Titovu tutduğu vəzifədən azad edib. Viral.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Onun vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb. Titov 2013-cü ilin aprel ayından bu postda çalışırdı və Avropa ölkələri ilə əlaqələrə, eləcə də inzibati məsələlərə görə məsul olub.

Ətraflı

Türkiyə və Ermənistan xüsusi nümayəndələri sərhəddə görüşəcəklər

Türkiyə və Ermənistan xüsusi nümayəndələri – Ruben Rubinyan və Serdar Kılıç sabah sərhəddə görüş keçirəcəklər. Viral.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Danışıqlar səhər Ermənistan, günorta Türkiyə tərəfdə aparılacaq. Xüsusi nümayəndələrin görüşü iyulun 3-dən planlaşdırılıb.

Ətraflı
Xəbərləri WhatsApp kanalımızdan oxu