Bakıda yeniyetmə itkin DÜŞDÜ
Bakıda 14 yaşlı oğlan itkin düşüb. Viral.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Olqa Əliyeva 2010-cu il təvəllüdlü oğlu Ömər Əliyevin itkin düşməsi ilə bağlı polisə müraciət edib. Onun Qaraçuxur qəsəbəsindəki 146 saylı məktəbdən çıxaraq itkin düşdüşü bildirilir. Faktla bağlı araşdırılma aparılır.