Xırdalanda binada yanğın – 5 sakin təxliyə edildi

Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 12 ədəd qoruyucu açar və 3 p.m kabel yanıb.   Fövqəladə Hallar Nazirliyindən Viral.az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.   Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından…

Ətraflı

14 yaşlı məktəblini maşın vurdu – Vəziyyəti ağırdır

Zaqatalada 14 yaşlı oğlanı maşın vurub. Viral.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində baş verib. 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ü. Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib. Ü. Alxasovun vəziyyətinin…

Ətraflı

Tərtərdə 18 yaşlı oğlan güllələndi – Şübhəli şəxs dayısıdır

İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.  DİN-in Mətbuat Xidmətinin regional qrupundan Viral.az-a verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb. Araşdırma…

Ətraflı

Yük maşını məktəbin qarşısında qadını vurub öldürdü

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.   Viral.az APA-ya istinadən xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.   Əraziyə polis əməkdaşları cəlb ediliblər.   Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Evlərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət edən şəxs SAXLANILDI

Paytaxtın Nizami rayonu ərazisində mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Viral.az-a bildirib ki, araşdırmalarla həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olması müəyyən edilərək saxlanılıb. Müvafiq qərarla P.Cabbarov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Ətraflı

Bakıda tükürpədici hadisə: Tiktokda tanış olduğu qızı gizli evdə…

Bakıda sevgilisinə ağır işgəncələr verən, ona qarşı alçaldıcı hərəkətlər edərək videoya çəkən gənc oğlan həbs edilib. Viral.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Neftçala rayon sakini olan 2003-cü il təvəllüdlü Əli Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri ilə məsuliyyətə cəlb edilib. Məlum olub ki, Əli Məmmədov TikTok sosial şəbəkəsində Sumqayıt şəhər sakini…

Ətraflı

Dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edildi

Dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edilib. Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 3 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət…

Ətraflı

İctimai nəqliyyatda qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs SAXLANILDI

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb. Viral.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb. Onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.

Ətraflı

Selin ortasında qalan 3 nəfər belə xilas edildi – ANBAAN GÖRÜNTÜLƏR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən avtomobildə olan 3 nəfərin təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub. Viral.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə…

Ətraflı

“Oba” marketdə ŞOK OĞURLUQ: müdirin seyfini YARDILAR

Bakıda marketin seyfi qarət olunub.  Viral.az lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 21-i saat 04 radələrində Lökbatan qəsəbəsində yerləşən “Oba” marketdə qeydə alınıb.  Marketin müdirinin otağındakı seyfdən 3075 manat pul oğurlanıb. Hadisə barədə polisə məlumat verilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Elmir Həsənli saxlanılıb.

Ətraflı

Azərbaycanda bu çaylardan sel keçir

İyunun 22-si saat 08:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan Ceyrankeçməzçaydan sel keçib. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Milli Hidrometeorologiya Xidmətının Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan…

Ətraflı

Azərbaycanda prokurora ağır İTKİ

Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs vəfat etdi. Viral.az musavat.com-a istinadən bildirir ki, son illərədək Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışmış Fərman Nağdəliyev vəfat edib. F.Nağdəliyev xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Fərman Nağdəliyevin oğlu Ramin Nağdəliyev hazırda Biləsuvar rayonunun prokurorudur.

Ətraflı

Azərbaycanda müğənni həbs edildi – FOTO

2022-ci ilin fevral-avqust ayları ərzində Salyan rayonunun Yenikənd və Şəkərli kəndləri ərazisində beş evdən oğurluq etmiş və iki evdə quldurluq əməli törətmiş 1992-ci il təvəllüdlü Vüsal Cəfərovla bağlı bəzi faktlar məlum olub. Viral.az publika.az-a istinadən xəbər verir ki, hadisələri törədən V.Cəfərov rayonda müğənni kimi tanınıb və şənliklərdə iştirak edirmiş. Bildirilib ki, o, qumar oyunlarına pul…

Ətraflı

Azərbaycanda ağır qəza – Türkiyə vətəndaşı öldü

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.   Viral.az xəbər verir ki, qəza Yevlax – Zaqatala – Gürcüstanla dövlət sərhədi yolunun Katex kəndindən keçən hissəsində qeydə alınıb.   Balakən sakini, 48 yaşlı Kənan Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobil Türkiyə vətəndaşı, 32 yaşlı Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı yük maşınına (TIR) çırpılıb.   Nəticədə Kənan…

Ətraflı

Ağdaşda FACİƏ: azyaşlı kanalda boğuldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.   Viral.az xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib    Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə…

Ətraflı

SON DƏQİQƏ! Müəllimlər qəzaya düşdü: Ölən var 

Xızı rayonunda ağır yol qəzası baş verib. Viral.az xəbər verir ki, Bakı-Quba yolunun Yeni Yaşma qəsəbəsindən keçən hissəsində Tərlan Babayevin idarə etdiyi “Kia” markalı 77 KF 614 dövlət nömrə nişanlı minik avtomobili 11 BD 711 nişanlı “KamAZ”la toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlərdən biri, 1974-cü il təvəllüdlü Lalə Abduləli qızı Hüseynova hadisə yerindəcə həyatını itirib….

Ətraflı

Qızı olan atadan “şirinlik” istəyən şöbə müdirinin videosu YAYILDI

Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan “şirinlik” tələb olunduğuna dair sosial şəbəkədə görüntülər yayılıb. Görüntüdəki şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirir. Viral.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, doğum evinin baş həkimi Kəmalə Heydərova hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqləyib. O, videogörüntüdəki ağ xalatlı şəxsin…

Ətraflı