İyunun 22-si saat 08:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan Ceyrankeçməzçaydan sel keçib.
Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Milli Hidrometeorologiya Xidmətının Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçir.
Son Yazılar:
- Gənclərimiz heç kimin təsiri altına düşməməlidir
- Şəhid Mübariz Məmmədov dəfn OLUNDU
- Bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən
O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.